“Bu uğurlar heç də məsuliyyət hissimizi azaltmamalıdır”-MUSA URUDDAN ÇAĞIRIŞ

Azərbaycanda koronavirusla mübarizənin sonuncu- postkarantin mərhələsi başlamışdır. Geridə qoyduğumuz dövrü dünyadakı vəziyyətlə müqayisəli şəkildə qiymətləndirərək deyə bilərik ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə, ən az itki vermiş, ən uğurlu nəticələr əldə etmiş ölkələr sırasındadır. Pandemiyanın dünyada tüğyan etduyi ağır günlərdə Cənab prezident İlham Əliyev öz xalqının əsil xilaskarı kimi mübarizənin önünə çıxdı, bir Rəhbər müdrikliyi ilə, bir Sərkərdə cəsarəti ilə, bir Lider qətiyyəti ilə bütün resursları bir məqsədə yönəldərək, kompleks mübarizə tədbirlərinin həyata keçirilməsini təşkil etdi. Cəmi 2 həftə ərzində ölkəyə 20 dən artıq test- laboratoriya gətirildi, tibbi maska, qoruyucu kombinzon, dezinfeksiya vasitələrinin istehsalı quruldu.

Etikxeber.az-ın xəbərinə görə, bunu parlamentin iclasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O, qeyd edib ki, 25 xəstəxana koronavirusla mübarizə üçün səfərbər olunmuş, 10 yeni mobil xəstəxananın tikintisinə vəsait ayrılmış, 250 minə yaxın insanda test analizi aparılmışdır. Vətəndaşların sağlamlığı, sosial müdafiəsi, iqtisadiyyatın qorunması məqsədi ilə büdcədən 3,5 milyard manata yaxın vəsait ayrılmış, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan çox vəsait toplanmışdır.

“Həmişə olduğu kimi bu proseslərdə də cənab prezident İlham Əliyev və 1- ci vitse- prezident Mehriban xanım Əliyeva xoşməramlı təşəbbüslərlə çıxış edərək xalqa əsil vətəndaş nümunəsi göstərdilər.Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Həmkarlar İttifaqları Konfederasiyası, Qızıl Aypara cəmiyyəti, QHT- lər, iş adamları , könüllülər geniş miqyaslı humanitar yardım aksiyaları həyata keçirdilər. Cənab prezidentin irəli sürdüyü ” Biz birlikdə güclüyük” ! Şüarı bütün dövrlərin birlik və həmrəylik himninə çevrildi! Hər günü gərgin keçən bu 3 ayın içərisində biz Azərbaycanın növbəti uğur tarixini yazdıq. Bu tarixin qəhrəmanı isə Lider və Xalq birliyi oldu!Hazırda ölkəmizdə koronavirus epidemiyası tam nəzarət altına alınmışdır. Amma bu uğurlar heç də məsuliyyət hissimizi azaltmamalıdır!”-deyə, M. Quliyev əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Haradasa xalqın malına göz dikən məmur varsa…”-MİLLƏT VƏKİLİ

Read Next

“Qısa müddətdə informasiya təhlükəsizliyi haqqında konsepsiyanı hazırlayıb qəbul etməliyik”-ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir