“Bu xəbər həqiqətəuyğun deyil”-MM-DƏN DAHA BİR TƏKZİB

Bəzi kütləvi informasiya vasitələrində Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektoru müdiri vəzifənsinə Eldar İsmayıl oğlu Əsgərovun təyin edilməsi barədə məlumat yayılıb. Bildiririk ki, bu xəbər həqiqətəuyğun deyil. Belə ki, Eldar Əsgərov 13 fevral 2017-ci il tarixdən Parlament Aparatının yuxarıda adı çəkilən şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri vəzifəsində çalışır.

Bu barədə Etikxeber.az-a Milli Məclisin (MM) Mətbuat Xidmətindən məlumat verilib.

“KİV nümayəndələrindən bu cür informasiyaları yayarkən bir daha diqqətli olmağa çağırırıq” – deyə, parlamentdən bildirilib.

Etikxeber.az

Read Previous

İlham Əliyevdən-YENİ İCRA BAŞÇISINA TÖHMƏT…

Read Next

“Bu məsələyə gündəlik nəzarət edilir…”-ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir