“Bu xəttin açılışı ilə regionun tarixinə qızıl səhifə yazılır…” – DEPUTAT – FOTO

“Bu gün Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılış mərasimi keçirilib. Bu gün bu xəttin açılışı ilə regionun tarixinə qızıl səhifə yazılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin qatıldığı mərasimdə qatar Bakıdan Qarsa doğru yola çıxıb”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

Bakı-tbilisi-qars-ilya

O, deyib ki, Azərbaycan rəhbərləri və ali qonaqlar ilk BTQ qatarına minib və Ələt stansiyasına qədər gediblər:

“Azərbaycan layihənin Gürcüstan ərazisindən keçən hissəsinin də tikintisini maliyyələşdirilməsini öz üzərinə götürüb. Bu məqsədlə qonşu ölkəyə illik 1%-lə, 25 illik müddətə 220 mln. ABŞ dolları kredit verilib.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Bunun 500 km-i Azərbaycan, 260 km-i Gürcüstan, 80 km-i isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhəddindəki hissəsində uzunluğu 5 km-ə yaxın olan tunel tikilib.

Marşrutla ilk illərdə 5-7 mln. ton yük daşınacağı, tədricən bu rəqəmin 50 mln. tona çatdırılacağı proqnozlaşdırılır.

Azərbaycanın tranzitdən ildə 50 mln. dollar gəlir əldə edəcəyi bildirilir. Sərnişin daşımalarına gəlincə isə, ilk illərdə dəmir yolu xəttində ildə 1 mln. insanın yararlanacağı deyilir.

BTQ marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur”.

Etikxeber.az

Read Previous

“Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı tarixi hadisədir” – NOVRUZ MƏMMƏDOV

Read Next

“Rafiq Hüseynov vəfat etdi…Diktor, aparıcı, pedaqoq…” – FİRUZ MUSTAFA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir