“Bu, Xaçmazın inkişafında növbəti mərhələ olacaq…” – DEPUTAT

“Ölkə Prezidenti cənab İlham Əliyevin Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında  Sərəncamı hər bir xaçmazlı kimi, məni də çox sevindirir, mənim də ürəyimdəndir. Xaçmazla bağlı növbəti Sərəncamı imzalamasına görə möhtərəm Prezidentimizə  həm xaçmazlılar adından, həm də Xaçmazı parlamentdə təmsil edən millət vəkili öz adımdan dərin minnətdarlığımı ifadə edir, sonsuz təşəkkürlərimi çatdırıram”.

Etikxeber.az xəbər verir ki, bunu Xaçmaz rayonundan olan millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, istər ötən əsrin 70-80-ci illərində, istər müstəqilliyimizi əldə etdikdən sonrakı illərdə Xaçmaz rayonu daim müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, mərhum dövlət başçısı Heydər Əliyevin diqqət mərkəzində olub.

xacmaz-ilham-1

xacmaz-ilham-2

elden-1

“Məhz Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Xaçmaz rayonu Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevrildi. Eyni zamanda, mərhum liderimizin siyasətini son 15 illik hakimiyyəti dövründə uğurla və şərəflə davam etdirən ölkə Prezidenti İlham Əliyevin zamanında da Xaçmaz rayonuna və xaçmazlılara böyük diqqət və qayğı göstərilib. Çox sevindirici haldır ki,  bu siyasət bu gün də davam etdirilməkdədir. Elə son Sərəncam buna əyani sübut sayıla bilər.

Qeyd edim ki, ölkə Prezidenti Azərbaycanın hər bir bölgəsinin inkişafına, çiçəklənməsinə böyük önəm verdiyi kimi, təmsilçisi və sakini olduğum Xaçmaz rayonunun da tərəqqisinə, burada tikinti-abadlıq-quruculuq işlərinin gündən-günə sürətləndirilməsinə xüsusi əhəmiyyət verir. Cənab Prezidentin Yeni il münasibəti ilə Azərbaycan xalqına təbrikində də vurğulandığı kimi, Azərbaycanın bölgələri gündən-günə inkişaf edir, çiçəklənir, bölgələrlə iri şəhərlər, paytaxt arasında fərq getdikcə azalır. Bunlar  adi sözlər,  bunlar həqiqətən də belədir.

Elə Xaşmazın timsalında demək olar ki, kənd rayonları, bölgələrlə iri şəhərlər arasında fərq demək olar ki, aradan qalxıb. Yəni, bölgələr də böyük və sürətli inkişaf yolu keçərək, iri şəhərlərimizlə bərabər səviyyəyə yüksəlib. Bu baxımdan hesab edirəm ki, ölkə Prezidentinin bugünkü Sərəncamı da Xaçmazın inkişafında, onun simasının dəyişməsində, onun gözəlləşməsində, yollarının abadlaşmasında, müasir standartlara cavab verməsində, insanların rahat gedib-gələ bilməsində, yol mədəniyyətinin artırılmasında böyük addım olacaq. Bu Sərəncam Xaçmazın inkişafında, insanlarımızın rahatlığının təmin olunmasında öz əvəzsiz töhfəsini vermiş olacaq. Odur ki, bir daha cənab Prezidentə öz təşəkkürümüzü və minnətdarlığımızı ifadə edir, ona Azərbaycan naminə yorulmaz fəaliyyətində böyük və növbəti uğurlar arzulayırıq”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.

KAMİL

Etikxeber.az

 

Read Previous

“Nəcəf Nəcəfovla Sülhəddin Əkbər tək hərəkət edirdilər…” – İSA QƏMBƏR 27 İL ÖNCƏNİ XATIRLADIR…

Read Next

“Barselona” Filippe Koutinyonu transfer etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir