“Bu, Xalq Cəbhəsinin iclası deyil, Mərkəzi Seçki Komissiyasının iclası keçirilir…” – MSK-NIN KATİBİNDƏN ETİRAZ

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında maraqlı hal yaşanıb.

Etikxeber.az xəbər verir ki, 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən daxil olan müraciətin müzakirəsi zamanı deputatlığa namizədliyi qeydə alınmış şikayətçi Fikrət Cəfərli ona söz verilmədən müzakirəyə müdaxilə edib. 

Bu zaman MSK katibi Mikayıl Rəhimov ona irad bildirərək deyib:

“Bu, Xalq Cəbhəsinin iclası deyil. Mərkəzi Seçki Komissiyasının iclası keçirilir”. 

MSK sədri Məzahir Pənahov da şikayətçilərə xəbərdarlıq edərək, onlara söz verilmədən müzakirəyə qoşulmamasını tələb edib.

Etikxeber.az

Read Previous

“Tıxacın olmaması əsas vəzifənizdir…”-PREZİDENTDƏN KƏRİMLİYƏ TAPŞIRIQ – FOTOLAR

Read Next

“Əsas diqqət seçki olsun…” – LƏMAN ƏLƏŞRƏFQIZIDAN KİV-LƏRƏ, HƏMKARLARINA İRAD…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir