“Bu, xalqlar arasında körpü rolundan, xoş məramından irəli gəlir…” – DEPUTAT

Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında öz işinə başlayan 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hazırda dünya üçün böyük önəm daşıyan dəyərlərin qorunmasına öz sanballı töhfəsini verir.

Qlobal iqtisadi və mədəni əhəmiyyət daşıyan, multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkan kimi ölkəmizin seçilməsi bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi, həm də siyasi, iqtisadi və mədəni cəhətdən beynəlxalq mərkəzlərdən birinə çevrilib.

Dünya miqyasında çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən toplantıların, konfransların, forumların Bakıda keçirilməsi Prezident İlham Əliyevin yorulmadan həyata keçirdiyi sülhsevər siyasətin uğurudur.

Tarixən əməkdaşlıq məkanı olan Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də ölkələr, xalqlar arasında körpü rolundan, xoş məramından irəli gəlir.

Etikxeber.az xəbər verir ki, bu sözləri  deputat  Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, artıq Azərbaycan 5-ci dəfə mötəbər tədbirə ev sahibliyi etməklə sülhə, əməkdaşlığa və dialoqa sadiqliyini nümayiş etdirir.

“Bakı Prosesi”nin çox önəmli tərkib hissəsi olan Forum dünyada baş verən aktual məsələlərin həlli yolunda müzakirələr üçün əvəzolunmaz platformadır. Forum sayəsində beynəlxalq təşkilatların nümayəndələri, mütəxəssislər öz fikirlərini bölüşür və dünyada sülhün bərqərar olması məqsədilə mövcud problemlərin həll yollarını axtarırlar.

Təəssüflər olsun ki, dünyada hələ də müharibələrə çağırışlar səsləndirilir, qruplaşmalar, münaqişələr, terror hadisələri baş verir. Fərqli sivilizasiyaların, mədəniyyətlərin, dinlərin arasında anlaşmanın, əməkdaşlığın optimal yollarının tapılması üçün mədəniyyətlərarası dialoqa, anlaşmaya daha çox ehtiyac duyduğu bir vaxta Bakı bütün dünyanın düşünən beyinlərini bir araya toplayaraq, gündən-günə artan gərginliyə, düşmənçilik həddinə çatan münasibətlərə son qoymağa, insanları birliyə, sülhə və dialoqa çağırır” – deyə, P.Kərimzadə qeyd edib.

forum-2may-3

Onun dediyinə görə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanlar arasında intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır, bütün dünyaya öz töhfəsini verəcəyinə inamını ifadə edir. Ən əsası isə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu həyəcan təbili çalaraq insanları dünyamızda ən çox ehtiyac duyulan mədəniyyətlərarası dialoqa səsləyir.

Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyevin 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində söylədiyi kimi “Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir:

“Bakıda davamlı keçirilən bu humanist tədbirlər nəinki dünyaya multikultural dəyərlərin inkişafı nümunəsidir, eyni zamanda, böyük siyasətçilərin, nüfuzlu beynəlxalq təşkilatların yüksək dəyərləndirdiyi bir beynəlxalq tədbirdir.

Xalqları bəşəri dəyərlər ətrafında birləşdirmək, sülhə çağırış kimi humanist idealları tərənnüm edən Forum ildən-ilə nüfuzunu artırır.

Mədəniyyətlərarası əməkdaşlıq məsələsi uzunmüddətli və mürəkkəb bir prosesdir. Belə bəşəri dəyərlərin bərqərar olmasında, humanist məsələlərin təbliğ edilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi rolu olduğunu dünya ictimaiyyəti yüksək dəyərləndirir və layiqincə qiymətləndirir.

parvinnnnnn

Dialoq, anlaşma, sülh, sabitlik, mehriban birgə yaşama, tolerantlıq kimi şüarların və təbliğat işlərinin yayılmasının olduqca vacib olduğunu vurğulayan Forum iştirakçıları Prezident İlham Əliyevə belə bir təşəbbüsü reallaşdırdığına görə, Azərbaycanı beynəlxalq güclərin toqquşan deyil, qovuşan məkana çevirdiyinə görə təşəkkür ediblər.

Forum bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası qütblər arasında, sadəcə, kəsişmə nöqtəsi, körpü rolunu oynamır, həm də dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə öz müsbət töhfələrini verir”.

Etikxeber.az

Read Previous

Qəzaya uğrayan təyyarədə ölənlərin sayı 41-ə çatdı…

Read Next

“Mütəşəkkil komanda lazımdır” – RAFAEL HÜSEYNOVDAN SENASSİON AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir