“Bu, yeni mərhələsinin başlanğıcıdır…” – DEPUTAT

«Respublikamızda yeni yaradılan aqroparklar qeyri-neft sektorunun inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Ölkə Prezidenti İlham Əliyev Neftçala rayonunda sənaye parkının açılışındakı çıxışında da bildirdi ki, gələn ilin İnvestisiya Proqramında dövlət investisiya xərcləri sırasında mütləq yeni bölgələrdə sənaye zonalarının yaradılması nəzərdə tutulmalıdır. Bu plan həm də ölkəmizdə sənayeləşmənin yeni mərhələsinin başlanğıcıdır».

Etikxeber.az xəbər verir ki, bu fikirləri  Milli Məclisin deputatı Azər Badamov deyib.

Deoutat bildirib ki, indiyə qədər qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları yerlərdə yeni infrastrukturların qurulmasını, qazlaşdırma, elektrik təminatı, suvarmanı təmin edib. Onun sözlərinə görə, bu gün bölgələrimizdə davamlı işıq, qaz, içməli su verilişi təmin edilib. Hətta ucqar kəndlərimizdə belə bu problem aradan qaldırılıb. O cümlədən, yeni yolların çəkilməsi istər sənaye məhəllərinin, istərsə də iri fermer təsərrüfatlarının işini daha da asanlaşdırır.

«Yəni, yeni infrastrukturların qurulması artıq sənayenin və kənd təsərrüfatının yeni mərhələdəki inkişafını təmin edir. Regionların potensialı, ənənələri, əmək resursları və bu kimi digər mühüm amillər nəzərə alınmaqla yaradılan aqroparklar bir sıra nöqteyi-nəzərdən də əhəmiyyətlidir. Azərbaycan hər cəhətdən müasir təsərrüfatlar sayılan aqroparkların yaradılmasını siyasi və maddi cəhətdən dəstəkləməklə daxili ərzaq tələbatını bütünlüklə yerli istehsal hesabına qarşılamaq, eyni zamanda, xarici bazarlara çıxarılacaq məhsullarımızın həcmini artırmaq məqsədi güdür»– deyə, A.Badamov qeyd edib.

Etikxeber.az

Read Previous

“Əlaqələrin sonrakı inkişafında Aİ ilə imzalanacaq yeni sazişin mühüm rolu olacaq” – SPİKER – FOTO

Read Next

“NOBEL ŞURASI VƏ İSLAM AŞURASI…” – Zahid Orucun yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir