“Bu, yenidən monopoliyanın yaranmasına gətirib çıxaracaq…” – SONA ƏLİYEVA

Millət vəkili vahid məktəbli geyimi məsələsindən şikayətləndi

Metodist anlayışı mütləq qanun layihəsinə daxil edilməlidir. Çünki təhsil-tədris prosesinin əsas iştirakçılarından biri məhz metodistlərdir. Ona görə qanun layihəsində bu məsələ mütləq olmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında millət vəkili Sona Əliyeva “Ümumi təhsilı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

Millət vəkili eyni zamanda qanun layihəsinin anlayışlar hissəsinin geniş olmasına narazılığını bildirib:

“Hesab edirəm ki, bu qədər genişliyə ehtiyac yoxdur”.

Akkreditasiya məsələsinə toxunan millət vəkili bunun qanun layihəsində əksini tapmasını bir qədər düzgün saymayıb:

“Çünki akkreditasiya məsələsi hələ tətbiq olunmayıb. Üzr istəyirəm ifadəmə görə, biz bir qədər qabaqdangəlmişlik edərək, indi qanun layihəsinə bu məsələni salmışıq. Bu, bir qədər düzgün alınmır. Həmçinin, vahid məktəbli geyimi məsələsinin qanun layihəsinə salımasına nə ehtiyac var, düzünü desəm, bunu anlamıram. Düzdür, mən də vahid məktəbli geyiminin tərəfdarıyam, bu məsələdə nizam- intizamın olmasını istəyirəm. Amma bu məsələnin qanun layihəsinə salınması gələcəkdə yenidən bu sahədə monopoliyanın yaranmasına gətirib çıxaracaq…”.

Millət vəkili həmçinin, alternativ dərsliklərin olmaması fikrini qəbul etməyib.

Deyib ki, əksinə, alternativ dərsliklərə ciddi ehtiyac var.

Millət vəkili bununla belə, psixoloqlarla bağlı məsələdən narazılığını bildirib.

Qeyd edib ki, 400-500 şagirdi olan məktəbdə də bir psixoloq var, 1ooo-1200 şagirdi olan məktəbdə də bir psixoloq fəaliyyət göstərir:

“Axı, bu, nə dərəcədə düzgündür?”

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

Dərsliklər uşaqların psixi durumuna, intellektual səviyyəsinə uyğun şəkildə hazırlanmalıdır – BƏXTİYAR ƏLİYEV

Read Next

“Heydər Əliyev dedi ki, rabitə verməsə, onu buradan buraxmayın…” – SABİQ NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir