Bu yolda xətlənmə işləri-APARILACAQ…

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 26-76-cı kilometrlik hissəsində (hər iki istiqamət) avqustun 13-dən 15-dək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Etikxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən sözügedən istiqamətdə qeyd olunan müddətdə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur.

Etikxeber.az

Read Previous

6 özəl telekanalın hər birinə 500 min manat ayrıldı-TELEKANALLARDA ƏCNƏBİ SERİALLARIN YAYIMI BƏRPA OLUNDU

Read Next

“Azərbaycan və Türkiyə keçmişdə olduğu kimi bu gün də hər cür təhdid və təhlükəyə qarşı, kədərdə və iftixarda bir və bərabər olub, bundan sonra da olacaq”-AKAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir