“Bu, yollarda təhlükənin və qəzaların azalmasına xidmət etməlidir…” – DEPUTAT YAZIR

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini dəstəkləyirəm. Ölkəmizdə müasir yol infrastrukturu formalaşıb ki, biz hamımız onu qoruyub saxlamalıyıq.

meclis-4

Təklif olunan qanun layihəsi də yollarımızın qorunub saxlanmasına , nəqliyyat vasitələrin təhlükəsiz və rahat hərəkətinin təmin olunmasına xidmət edir.

Qanun layihəsini dəstəkləməklə yanaşı diqqətinizi avtomobil yolları ilə bağlı mövcud və hamımızı narahat edən bir problemə yönəltmək istəyirəm.

Ölkə başçımızın sərəncamları ilə yollarımızın yenidən qurulmasına milyonlarla manat vəsaitlər ayrılır, müasir asfalt döşənmiş yollar tikilir. Yollar mədəniyyətdir, insanlara rahatlıq gətirir və nəqliyyatdan istifadə edənlərin təhlükəsiz hərəkətini təmin etməlidir.

Adıçəkilən qanun layihəsinin 10-cu maddəsinə görə Avtomobil yollarının saxlanması , qorunması və abadlaşdırılması zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsini müvafiq icra hakimiyyətinin yaratdığı qurum tərəfindən həyata keçirilməsi nəzərdə tutulur və yollarda nəqliyyat vasitələrin təhlükəsiz hərəkətinin təmin edilməsindən danışılır.

azer-badamov

Müasir asfalt yollarda nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edən vasitələrdən birisi də yol nişanları və zolaqlardır.

Yollarda xətlər və zolaqlar standartlara uyğun xüsusi boyalarla çəkilməlidir.

Zolaqlar və xətlər dumanlı, yagışlı havalarda yaxşı görünməli, gecə vaxtı isə maşınla yolu işqlandırılanda əks olunmalı və yolun hərəkət zolağının görünməsini uzaq məsafədən təmin etməli, pis görüntülü şəraitdə nəqliyyatı idarə edənlərin öz hərəkət zolağıyla hərəkət etməsini asanlaşdırmalıdır.

Bu da yollarda təhlükənin və qəzaların azalmasına xidmət etməlidir. Amma  bizdə isə yollara çəkilən zolaqlar, xətlər elə bil ki, tabaşirlə çəkilir.

Həm pis hava şəraitində görünmür, həm də uzun ömürlü olmur və qısa bir zamanda silinib gedir.

Bu isə  sürücülərin yollarda hərəkətini çətinləşdirir.

Mən özüm də avtomobili idarə edirəm və özümdən başlayaraq avtomobilləri idarə edən şəxlərin xətlər görünməyən yollarda necə əziyyət çəkdiklərini görürəm.

Mən müvafiq qurumdan xahiş edirəm , heç olmasa şəhərlərimizi birləşdirən magistrallarda xətlər standartlara uyğun boyalarla rənglənsin.

Çünki, magistral yollarda nəqliyyat vasitələrin sürət həddi yüksəkdir və məhz yollarda xətlərin görünməməsindən qəzalar daha çox olur.

Yollarda hərəkətin istiqamətini göstərən nişanlar, zolaqlar, xətlər davamlı, uzun ömürlü və standarta uyğun işığı əks etdirən xüsusi boyalarla çəkilərsə düşünürəm ki, yol qəzaların sayı da kifayət qədər azalmış olar.

Azər BADAMOV,

Millət vəkili

Etikxeber.az

 

Read Previous

Sahibkarlıq fəaliyyəti 4 subyektə bölünür…

Read Next

Əliyev Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak etdi – YENİLƏNİB – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir