“Bu Zəfər illərlə, əsrlərlə dünyada danışılacaq, tarix kitablarına yazılacaq…”-ELDƏNİZ SƏLİMOV

Bu gün Azərbaycanın tarixinə şərəfimizlə, əsgərlərimizin qanı, canı ilə yazılıb.

Möhtəşəm, qürurlu, şanlı günümüz mübarək olsun!

Yer üzərində yaşayan bütün Azərbaycan vətəndaşlarını bu gözəl günün, zəfər anının yaşanması münasibəti ilə təbrik edirəm!

Gözümüz aydın olsun!

İllərdir həsrətini çəkdiyimiz, gözümüzün ağı-qarası olan Qarabağımıza qovuşmuşuq və bu gün onun zəfərini qeyd edirik.

Çox sağ olun, cənab Ali Baş Komandanımız!

Sizin güclü siyasətinizin sayəsindədir mənfur düşmənimiz Ermənistan döyüşməkdən qorxaraq torpaqlarımızın geri qaytarılmasına razı oldu.

Azərbaycanın belə qüdrətli inkişafına sizin sayənizdə çatmışıq. Bu inkişaf ən başlıca Ordumuza şamil olunur. Bizim Rəşadətli Ordumuz.

Hansı ki, düşmənə döyüş meydanında qan udduran, bizimlə 30 ilə yaxındır yoldaş olan əsəb və qəzəb hissini soyudan, düşmənə göz açmağa imkan verməyən güclü və qüdrətli Ordumuz.

Var olsun, qeyrətli əsgər və zabitlərimiz!

Sizin sayənizdədir-biz bu qələbənin sevincini yaşayırıq.

Allahdan sizə uzun ömür və güc, qüdrət arzulayıram.

Bütün şəhadətə ucalmış şəhidlərimizə Allah rəhmət etsin, ailələrinə, doğmalarına səbr versin!

Şəhidlərimizin ölümü bizə kədərdən əlavə möhtəşəm bir qürur hissi yaşatdı.

Çünki bu zəfəri onların şəhadəti bahasına qazandıq.

Bu qazanılmış Zəfər illərlə, əsrlərlə dünyada danışılacaq, tarix kitablarına yazılacaq.

Azərbaycan tarixini özü dəyişdi. Bəli, biz bunu bacardıq. Zəfər çaldıq əzəli düşmən üzərində.

Dünyaya bir mesaj göndərdik bu zəfərimizlə. Biz yenilməz, güclənən, daim inkişafa yüksələn, çiçəklənən, öz sözünü həm hərb həm siyasi meydanda deyən dövlətin vətəndaşlarıyıq.

Bununla fəxr etməyən Azərbaycanlı ola bilməz.

Fikirlərimi Azərbaycanın dəyərli şairi olmuş Abbas Səhhətin şeri ilə yekunlaşdırmaq istəyirəm:

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.


Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.


Südüdür ki, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.


Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!!!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

İlham Əliyevin təşəbbüsü ilə metronun yeni stansiyası “8 noyabr”-ADLANACAQ – RƏSMİ

Read Next

“Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır”-MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir