“Bu,Azərbaycanın bir neçə illik deyil, uzun illər maraqlarına xidmət edəcək” – QƏNİRƏ PAŞAYEVA

“Bu gün tarixi gündür. Bakı-Tiflis-Qars dəmiryolu xətti açılır (açıldı). Bu layihənin ilk gündəmə gəldiyi günləri xatırlayıram. Onun həyata keçməməsi üçün kənardan ortaya atılan əngəlləri xatırlayıram. Amma Azərbaycan, cənab Prezidentimiz bu tarixi layihənin reallaşması üçün çox ciddi addımlar atdı”.

Etikxeber.az xəbər verir ki, bu  millət vəkili Qənirə Paşayeva deyib.

“Çünki onun reallaşması Azərbaycanımız üçün sadəcə iqtisadi deyil,  həm də siyasi, strateji anlamda çox önəmli idi və artıq reallaşdı.

Bakı-Tiflis-Qars dəmiryolu tarixi İpək Yolunun bir parçası kimi Avropanı Asiya ilə birləşdirəcək önəmli bir nəqliyyat layihəsidir və Azərbaycanın bir neçə illik deyil,  uzun illər maraqlarına xidmət edəcək.

Bu tarixi layihənin reallaşmasına şahidlik etmək çox gözəl bir hadisədir.

Azərbaycan,Türkiyə və Gürcüstanın rəhbərlərinin iştirakı ilə açılan Bakı-Tiflis-Qars dəmiryolu xətti düyada günün ən önəmli mövzularından biridir.

Uğurların hər zaman bol olsun gözəl Azərbaycan,əziz Vətən!”-deyə, Q. Paşayeva sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Rafiq Hüseynov vəfat etdi…Diktor, aparıcı, pedaqoq…” – FİRUZ MUSTAFA YAZIR

Read Next

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin iştirakçıları üçün ziyafət verildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir