Budapeştdə xalq mahnılarından ibarət konsert oldu: “Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği baxımından çox əhəmiyyətlidir” – FOTOLAR

Azərbaycanın Macarıstandakı səfirliyində Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurası – “Xan Şuşinski fondu” ilə birlikdə “Xaricdə yaşayan azərbaycanlılar arasında vətənpərvərliklə bağlı tədbirlərin keçirilməsi” silsiləsindən  xalq musiqisindən ibarət konsert proqramı təşkil olunub.

Səfirlikdən Etikxeber.az-a verilən məlumata görə, konsertdə Azərbaycan xalq artisti, tanınmış tarzən Fikrət Verdiyev, gənc kamança ustası Habil Əliyev, populyar xanəndələr Ehtiram Hüseynov və Sevinc Sarıyeva iştirak ediblər.

Konsertdən əvvəl səfir Vilayət Quliyev musiqi ustalarını və tamaşaçıları salamlayaraq Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, diaspora üzvlərinin vətənlə mədəni-mənəvi bağlarının gücləndirilməsi baxımından bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Səfir Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi ərəfəsində baş tutan tədbirin müstəqillik illərində digər sahələrlə bir sırada musiqi mədəniyyətimizin də böyük inkişaf yolu keçdiyinin sübutu olduğunu bildirib.

Xan Şuşinski Fondunun prezidenti, böyük xalq sənətkarının qızı Bəyimxanım Verdiyeva-Cavanşirova isə öz çıxışında Fond xətti ilə son illərdə bir sıra Avropa ölkələrində həyata keçirilən mədəni-kütləvi tədbirlər haqqında məlumat verib. Böyük maraqla dinlənən və dəfələrlə alqışlarla kəsilən konsertdə muğamlar, xalq mahnıları, ayrı-ayrı bəstəkarların əsərləri səsləndirilib. Konsertdə Macarıstan paytaxtında yaşayan və təhsil alan azərbaycanlılar, diplomatik korpusun nümayəndələri, macar musiqi xadimləri iştirak ediblər.

beyim-beyimbeyim-1

Etikxeber.az

Read Previous

Şübhəli avtomobildən 10 kiloqrama yaxın narkotik götürülüb

Read Next

Rektor: Müəllimlər İnstitutunun təxminən 200 nəfər işçisi artıq ADPU-da çalışır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir