Büdcə müzakirələri başlanır – BU GÜN

Bu gün Milli Məclisdə (MM) 2018-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılır.

Etikxeber.az xəbər verir ki, büdcə zərfi öncə MM-in komitələrinin- İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Regional məsələlər, Əmək və sosial siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komtələrinin birgə iclasında müzakirə ediləcək.

Birgə komitələrin iclasına MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə sədrlik edəcək.

Müzakirələrdə adıçəkilən komitələrin sədrləri və üzvləri ilə yanaşı, maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak edəcəklər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

ƏRDOĞANDAN PUTİNƏ İKİ TƏKLİF: QARABAĞ VƏ TÜRKMƏNİSTAN – Politoloq yazır

Read Next

“Baxaq görək nə olacaq…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir