Büdcə müzakirələri başlayır – BU GÜN – YENİLƏNİB

Büdcə müzakirələrinə hansı nazirlər qatılacaq? 

Bu gün Milli Məclisdə (MM) 2019-cu ilin büdcə müzakirələri başlayır.

Etikxeber.az-ın MM-dən əldə etdiyi məlumata görə, büdcə müzakirələrinə öncə parlamentin komitələrində start veriləcək.

Saat 11:00-da başlayacaq ilk iclasda MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq, İctimai birliklər və dini qurumlar, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, həmçinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələri bir araya gələcəklər.

Komitələrin birgə iclasına MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə sədrlik edəcək.

Ziyad-Samadzadeh

Əvvəlki illərlə müqayisədə, bu il komitə iclasları bir qədər fərqli formatda olacaq.

Yəni, daha çox nazirlər, iqtisadi sektora aid qurumların rəhbər şəxsləri geniş çıxış edəcək, ətraflı məlumatlar verəcəklər.

Komitələrin üzvləri olan millət vəkilləri daha çox plenar iclaslarda (3 oxunuşda) büdcə ilə bağlı fikirlərini bildirəcək, irad və təkliflərini səsləndirəcəklər.

Komitələrin birgə keçirilən ilk iclasında nazirlərdən maliyyə naziri Samir Şərifov, vergilər naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, o cümlədən, iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev (nazir Şahin Mustafayev xarici səfərdə olduğu üçün onu müavini əvəzləyəcək), Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və digərləri iştirak edəcəklər.

samir-sarifov

Öncə büdcə ilə bağlı maliyyə naziri S. Şərifovun geniş məruzəsi dinləniləcək.

Ardınca digər rəsmi şəxslərin çıxışları olacaq.

Hökumət üzvlərinin çıxışlarından sonra millət vəkillərinin qısa çıxışları olacaq və onların fikirlərinə münasibət bildiriləcək, sualları cavablandırılacaq.

Parlament komitələrində büdcə müzakirələri noyabrın 6 və 7-də də davam etdiriləcək.

Plenar iclaslarda müzakirələrə gəlincə, həmin müzakirələr noyabrın 13-dən başlayacaq.

Qeyd edək ki, iclasda adları çəkilən komitələrin üzvləri, həmçinin, birinci vitse-spiker Ziyafət Əsgərov və vitse-spiker Valeh Ələsgərov iştirak edəcəklər.

Eyni zamanda, qeyd edək ki, büdcə ilə əlaqədar Vergi Məcəlləsinə də çox ciddi dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Həmin dəyişikliklər ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, iqtisadi inkişafın daha da sürətləndirilməsi ilə bağlı dəyişikliklərdir.

K. HƏMİDOV

Etikxeber.az

Read Previous

Azərbaycan AXC-nin varisidirsə, himni də bayrağı kimi dəyişdirilməməlidir – AKADEMİK

Read Next

Ehtiyac meyarı 143, yaşayayış minimumu 180 manat olacaq – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir