Büdcə müzakirələri bu gün başa çatacaq – NÖVBƏTİ MÜZAKİRƏLƏR AYIN 26-DA OLACAQ

Bu gün Milli Məclisdə (MM) 2020-ci ilin büdcə zərfi ilə  bağlı 3 günlük müzakirələrə yekun vurulacaq.

Etikxeber.az-ın xəbərinə görə, parlamentin bugünkü iclasında büdcə zərfinə daxil olan Vergi Məcəlləsinə çoxlu dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirədən keçiriləcək.

Qanun layihəsi digər qanun layihələri kimi, birinci oxunuşda müzakirə olunacaq və qəbul ediləcək.

Vergi Məcəlləsinə 164 dəyişiklik olunacaq.

Bununla da üçgünlük müzakirələr yekunlaşdırılacaq.

Büdcə zərfi ilə bağlı növbəti-ikinci oxunuşda müzakirələr noyabrın 26-da keçiriləcək.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

164 dəyişiklik – VERGİ MƏCƏLLƏSİ BU GÜN MÜZAKİRƏ OLUNACAQ

Read Next

Vergi Məcəlləsinin müzakirəsi başladı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir