Büdcə müzakirələri başladı-İKİNCİ OXUNUŞDA – YENİLƏNİB – (4) – FOTO

2020-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin növbəti oxunuşlarda müzakirələri gələn həftə baş tutacaq.

Etikxeber.az-ın xəbərinə görə, büdcə zərfi gələn həftə plenar iclasa tövsiyə olunmazdan əvvəl komitələrdə ikici oxunuşda müzakirə ediləcək.

Gələn həftənin ikinci günü-noyabrın 26-da ikinci oxunuşun, noyabrın 29-da isə üçüncü oxunuşun müzakirələri plenar iclaslarda aparılacaq.

Həm komitələrdə, həm də plenar iclaslarda hökumət üzvləri, xüsusilə, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirak edəcəklər.

***

Bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilir.

İclasda 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur.

***

Komitələrin birgə iclasına sədrlik edən MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə  həm birinci oxunuşun müzakirələri, eləcə də, ikinci oxunuş ilə bağlı məlumat verib.

Qeyd edək ki, birinci oxunuşun müzakirələri zamanı 46 millət vəkili çıxışlara yazılıb və onlardan 34-ü çıxış edərək, fikir və təkliflərini bildiriblər.

Onu da qeyd edək ki, komitələrdə müzakirələr yenə parlament jurnalistlərinin iştirakı olmadan keçirilir.

***

Komitələrin birgə iclasında müzakirələr davam edir.

Büdcənin birinci oxunuşunun müzakirələri, eləcə də, ikinci oxunuş ilə bağlı Maliyyə nazirinin birinci müavini Azər Bayramovla Hesablama Palatasının sədri Vüqar Gülmmədovun məlumatları donlənilib.

Qeyd edək ki, S. Şərifov bu dəfə komitələrin birgə iclasına qatılmayıb, onu A. Bayramov əvəzləyib.

Hazırda ikinci oxunuşla bağlı komitə üzvləri çıxış edirlər.

***

İclasda müzakirələr yekunlaşmaq üzrədir.

Xatırladaq ki, büdcə zərfinin müzakirələri sabah digər bir neçə komitənin-Əmək və sosial siyasət, Mədəniyyət, Elm və təhsil komitələrinin və sairə birgə iclasında ikinci oxunuşda müzakirə ediləcək.

***

İclas yekunlaşıb.

İclasın sonunda büdcə zərfi ikinci oxunuşda parlamentin 26-da keçiriləcək plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

“Avro 2020″nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar – BU AXŞAM

Read Next

Prezident iki səfirin – ETİMADNAMƏSİNİ QƏBUL ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir