Milli Məclisdə (MM) komitələrin birgə iclasında 2017-ci ilin büdcəsinin müzakirəsi davam edir.
Etikxeber.az xəbər verir ki, MM-in Hüquq siyasəti və dövlət ququrculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları, Regional məsələlər, İdman və gənclər komitələrinin birgə iclasında növbəti ilin dövlət büdcəsinin müzakirəsi davam etdirilir.
Qeyd edək ki, bu gün parlamentin komitələrinin birgə iclasında 2017-ci ilin dövlət büdcə zərfinin müzakirəsi yekunlaşacaq.
Növbəti həftə, dekabrın 6-7-8-də isə parlamentin plenar iclaslarında büdcə zərfi müzakirəyə çıxarılacaq.
Etikxeber.az