Büdcə zərfi qəbul olunacaq – ƏLİYEVA OMBUDSMAN SEÇİLƏCƏK – BU GÜN – YENİLƏNİB – (1)

Sabah, noyabrın 29-da  Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasda 2020-ci ilin büdcə zərfi daxil olan qanun layihələrinin sonuncu-üçüncü oxunuşda müzakirəsi keçiriləcək.

Üçüncü oxunuşla bağlı iqtisadi bloka daxil olan dövlət qurumlarının rəhbərlərinin, o cümlədən, Maliyyə naziri Samir Şərifovun qısa məlumatları dinləniləcək.

Sonra büdcə zərfinə daxil olan qanun layihələri üçüncü-sonuncu oxunuşda və bütövlükdə səsə qoyularaq, qəbul ediləcək.

Sabahkı iclasda həmçinin, ölkənin yeni-ikinci Ombudsmanının seçilməsi məsələsinə  baxılması gözlənilir.

Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən 3 nəfərin Ombudsman vəzifəsinə  namizədliyi irəli sürülüb.

Bunlar Bakı Apellyasiya Məhkəməsinin hakimi (sədr müavini)  Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Qeyd edək ki, hüquq üzrə fəlsəfə doktoru S. Əliyeva sabiq vitse-spiker və eks səfir Yaşar Əliyevin qızı, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır.

Yeni Ombudsmanın da məhz S. Əliyeva olacağı, deputatların ona səs verəcəyi gözlənilir.

***

Bu gün keçiriləcək plenar iclasın ilkin  gündəliyi məlum olub.

İclasın gündəliyinə 22 məsələ daxil edilib.

İclasda “2020-ci il dövlət büdcəsi haqqında”, “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” , “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişiklik layihələri III oxunuşda, “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər II oxunuşda müzakirəyə çıxarılacaq.

Bugünkü iclasın gündəliyinə həmçinin, yeni Ombudsmanın seçilməsi məsələsi daxildir.

Bununla yanaşı, iclasın gündəliyinə 5-ci çağırış parlamentin buraxılması ilə bağlı təşəbbüsün müzakirəsi məsələsinin daxil edilməsi gözlənilir.

***

Qeyd edək ki, Ombudsmanlığa namizədlər atıq parlamentdədir.

Onu da qeyd edək ki, Ombudsmanlığa namizədlər bunlardır: Səbinə Əliyeva,Kəmalə Abıyeva və Kəmalə Əliyevadır.

Etikxeber.az

Read Previous

“Dərman vasitələrinin geri çağırılması Qaydası” – TƏSDİQ OLUNDU

Read Next

Büdcə zərfi – ÜÇÜNCÜ OXUNUŞDA QƏBUL EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir