Büdcə zərfi – ÜÇÜNCÜ OXUNUŞDA QƏBUL EDİLDİ

Milli Məclisin (MM) bu gün öz işinə başlayan növbəti plenar iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin üçüncü-sonuncu oxunuşda müzakirəsi başlayıb.

Etikxeber.az xəbər verir ki, üçüncü oxunuş barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin qısa məlumatı dinlənilib.

O, qeyd edib  ki, büdcə zərfində ölkə iqtisadiyyatının dinamik inkişafının bütün parametrləri nəzərə alınıb.

Onun sözlərinə görə, büdcə zərfi bütövlükdə ölkədə aparılan islahatların ruhuna uyğundur və islahatlar prosesini daha dac sürətləndirəcək.

Komitə sədrinin çıxışından sonra büdcə zərfinə daxil olan 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi səsə qoyularaq, üçüncü oxunuşda qəbul edilib.

Sonra büdcə zərfinə daxil olan digər qanun layihələri geniş müzakirələr açılmadan bir-bir səsə qoyularaq, üçüncü oxunuşda qəbul ediliblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

Read Previous

Büdcə zərfi qəbul olunacaq – ƏLİYEVA OMBUDSMAN SEÇİLƏCƏK – BU GÜN – YENİLƏNİB – (1)

Read Next

Parlamentin iclası – BAŞLADI – OMBUDSMAN VƏ MM MƏSƏLƏSİ MÜZAKİRƏDƏ – SƏBİNƏ ƏLİYEVA İKİNCİ OMBUDSMAN OLDU – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir