“Budcədə Dağlıq Qarabağ ayrıca qrafa ilə göstərilməlidir…” – ZAHİD ORUC

“Artıq ölkədə iqtisadi fəallıq artmaqdadır. Müsbət tendensiyalar saysız-hesabsızdır”.

Etikxeber.az xəbər verir ki, bunu noyabrın 7-də 2018-ci ilin dövlət büdcəsinin Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət,  İctimai birliklər və dini qurumlar,  Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komtələrinin birgə iclasında müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib:

“Mən büdcə müzakirələri zamanı da Qarabağ məsələsi ilə bağlı fikirlərimi həmişə demişəm. Bir neçə dəfə də təklif etmişəm ki, dövlət büdcəsində Dağlıq Qarabağla bağlı ayrıca qrafa nəzərdə tutulmalıdır. Düzdür, bu, indiki reallıqda işləməyəcək, ancaq Qarabağ münaqişəsininin tənzimlənməsi ilə bağlı müzakirələrdə bu faktı ortaya qoya bilərik. Yəni, deyə bilərik ki, dövlət büdcəsində Dağlıq Qarabağa ayrıca vəsait ayrılıb, ancaq işğal faktına görə biz bu məsələni reallaşdıra bilmirik. Ona görə də nəhayət, dövlət büdcəsində Dağlıq Qarabağa ayrıca vəsait nəzərdə tutulmalıdır”.

Z. Oruc cıxışında eyni zamanda, dövlət zəmanəti ilə bağlı kreditlərin verilməsi məsələsində yaşanan narahatçılıqlara toxunub.

“Bu məsələdə də artıq bir qayda-qanun yaradılmalıdır”.

Sonra bölgələrə yönəldilən vəsaitin həcminin ötən illər ərzində 39 milyard manata çatdığını  və bunun hər zaman fəxrlə dilə gətirildiyini deyən millət vəkili bununla yanaşı, gələn il bölgələrdən gələn gəlirlərin  cəmi 0, 6 faiz təşkil edəcəyini söyləyib:

“Bu, mənə bir qədər təzadlı gəlir. Bunun izahı da mənim üçün çətinlik yaradır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

Vahid Əhmədov yenə bankları “topa” tutdu… YENİLƏNİB

Read Next

Samir Şərifovdan Siyavuş Novruzova cavab: ” ÖZÜMÜ QONAQ HESAB ETMİRƏM” – YENİLƏNİB (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir