Büdcənin komitələrdə ikinci oxunuşda müzakirələri yekunlaşdırıldı – YENİLƏNİB – (1)

Sabah parlamentin komitələrində 2020-ci ilin büdcə müzakirələri (ikinci oxunuş) başa çatır.

Etikxeber.az-ın xəbərinə, büdcə zərfi ilə  bağlı ikinci oxunuşda sonuncu müzakirələr Milli Məclisin (MM) İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu , Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Dini qurumlar və ictimai birliklər,  Gənclər və idman komitələrinin birgə iclasında keçiriləcək.

İclasa vitse-spiker, MM-in İnsan hüquqları komitəsinin rəhbəri Bahar Muradova sədrlik edəcək.

Müzakirələrdə Maliyyə və İqtisadiyyat nazirlərinin müavinləri, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmilər iştirak edəcəklər.

Maliyyə nazirinin müavininin  ikinci oxunuşla bağlı məlumatından sonra millət vəkilləri öz fikir və təkliflərini bildirəcəklər.

Müzakirələrin yekununda büdcə zərfi ikinci oxunuşda parlamentin 26-da keçiriləcək plenar iclasına tövsiyə olunacaq və bununla bağlı komitələrdə büdcə müzakirələri başa çatdırılmış olacaq.

Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 135 milyon manat, xərcləri isə 26 milyard 914 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək.

İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur.

***

Komitələrin birgə iclası öz işinə başlayıb.

Maliyyə nazirinin müavininin məlumatı dinlənildikdən sonra  büdcənin ikinci oxunuşu ətrafında müzakirələr başlanılacaq.

***

Naliyyə nazirinin birinci müavini İlqar Fətizadə bildirib ki, 2020-ci ilin dövlət və icmal büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi və Azərbaycan iqtisadiyyatının yeni makroiqtisadi reallıqlarını özündə əks etdirən strateji inkişaf prioritetləri və ölkənin sosial-iqtisadi hədəfləri nəzərə alınmaqla tərtib olunub.

Qeyd edib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri isə 26 milyard 913,7 milyon manat məbləğində proqnozlaşdırılır. 2020-ci ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə dövlət büdcəsi xərclərinin 64,2 faizi həcmində və ya 17 milyard 275,9 milyon manat, əsaslı xərclərə 29 faizi həcmində və ya 7 milyard 809,6 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 6,8 faizi həcmində və ya 1 milyard 828,2 milyon manat vəsait yönəldiləcək.

Nazir müavini bildirib ki, növbəti ildə sosialyönümlü xərclərin məbləği 10 milyard 642 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 2 milyard 874 milyon manat və ya 37 faiz çoxdur.

O da diqqətə çatdırılıb ki, plenar iclasda və komitələrdə deputatların qaldırdığı məsələlər Maliyyə Nazirliyi tərəfindən öyrənilir. Plenar iclasda deputatların toxunduqları məsələlər cavablandırılacaq.

İclasda çıxış edən Hesablama Palatasının sədri V. Gülməmmədov palatanın büdcə layihəsi barədə müsbət rəyini diqqətə çatdırıb və layihənin ikinci oxunuşda plenar iclasın müzakirəsinə verilməyə hazır olduğunu qeyd edib.

Müzakirələr zamanı çıxış edən deputatlar Fazil Mustafa, Asim Mollazadə, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Tahir Kərimli, Çingiz Qənizadə, Şahin İsmayılov, Sona Əliyeva, Naqif Həmzəyev, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov büdcə layihəsi barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

AŞPA-nın fakt araşdıma missiyasının iclası keçiriləcək

Read Next

Rafil Hüseynov Ağcabədiyə, ŞAHİN MƏMMƏDOV MASALLIYA GÖNDƏRİLDİ – SƏRƏNCAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0