Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiqlənir
Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçirilən iclasının gündəliyinə 3 məsələ daxil edilib.
Etikxeber.az-ın xəbərinə görə, bunlar “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, o cümlədən, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.
Hər 3 sənəd ölkə Prezidenti İlham Əliyev tərəfindən parlamentə təqdim edilib.
“2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində 2017-ci ilin dövlət büdcəsinin gəlirlərinin 16 milyard 516 milyon, xərclər hissəsinin isə 17 milyard 594 milyon manat təsdiq edilməsi təklif olunur.
Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi gələn həftəyə qalıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az