2021-ci ilin büdcə müzakirələri yekunlaşdırıldı və büdcə zərfi qəbul edildi-MM-İN PAYIZ (QIŞ) SESSİYASI İSƏ SABAH BAŞA ÇATIR, SABİR RÜSTƏMXANLI KİTABXANALAR VƏ QAZLAŞDIRMA MƏSƏLƏSİNDƏN DANIŞDI -YENİLƏNİB – (3)

Milli Məclisin (MM) bu gün növbəti plenar iclası keçiriləcək və iclasda büdcə zərfinin üçüncü oxunuşu olacaq .

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə 17 məsələ daxil edilib.

Gündəlikdəki məsələlər aşağıdakılardır:  

1. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

4. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

5. “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

6. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

7. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

9. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

10. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında.

11. Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası haqqında.

12. “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə” dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

13. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

14. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

17. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

İclasda hökumət üzvləri, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev və digər məsul çıxslər iştirak edəcəklər.

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

MM-in payız (qış) sessiyasının sabah başa çatması gözlənilir.

Sessiya öz işini dövlət himninin oxunması və səsləndirilməsi ilə yekunlaşdıracaq.

MM-in növbəti-2021-ci il yaz sessiyasının isə fevralın 1-də öz işinə başlaması nəzərdə tutulur.

Yaz sessiyasında bələdiyyələrin, Ombudsmanın, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, Hesablama Palatasının və hökumətin hesabatları olacaq.

08:00

***

MM-in iclası başlayıb.

İclası spiker S. Qafarova açıb.

Deyib ki, gündəliyin ilk 9 məsələsi büdcə zərfinə aiddir.

O, sonra 2021-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin 3-cü oxunuşu ilə bağlı məlumat vermək sözü MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə verib.

11:02

***

T. Mirkişilinin qısa məlumatından sonra söz Maliyyə naziri S. Şərifova verilib.

Nazir qısa zaman kəsiyində, sıx qrafikdə MM-in büdcə zərfini geniş şəkildə müzakirədən keçirdiyi üçün parlament sədrinə və millət vəkillərinə minnətdarlığını bildirib.

Sonra nazir işğaldan azad olunmuş ərazilərin bərpası yönündə səsləndirilən təkliflərə toxunaraq bildirib ki, bu istiqamətdə təkliflər gələcəkdə nəzərə alınacaq, həminin, bərpa məsələsi istiqamətində beynəlxalq nüfuzlu maliyyə ekspertləri ilə birgə fəaliyyət göstəriləcək, birgə dəyərləndirmələr aparılacaq.

O, həmçinin deyib ki, əlavə gəlir mənbələri tapılmadan dövlət büdcəsinin xərclər hissəsinin artırılması makroiqtisadi sabitlik üçün müəyyən təhdidlər yarada bilər.

11:17

***

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında kitabxanlar məsələsinə toxunub.

Bildirib ki, yerlərdə kitabxanaların çoxu əsassız yerlə ləğv olunub, bağlanılıb.

“Kitabxanası, təhsili olmayan, kitab oxumayan millətin, ölkənin gələcəyi də olmaz. Hesab edirəm ki, yerlərdə kitabxanların, kitab mağzalarının açılması məsələsinə mütləq diqqət ayrılmalıdır”-deyən millət vəkili bir daha kəndlərin qazlaşdırılması məsələsini qaldırıb.

Qeyd edib ki, Salyanın bir çox kəndləri, o cümlədən, İstiqlal şairi Xəlil Rza Ulutürkün kəndi yanından qaz xətti keçməsinə baxmayaraq, hələ də qazlaşdırılmayıb.

“Burada eyni kənddən, Yardımlının Hamarkən kəndindən olan iki millət vəkili var- biri mənəm, biri də Musa Qasımlıı. Amma hələ də bizim kənd qazlaşdırılmayıb. Ətrafımızdakı kəndlərdə qaz var, amma bizim kənddə yoxdur. Qazlaşdırma üçün də hardasa bir kilometrlik qaz xəttinin çəkilməsi lazımdır. Mən hökumətdən mütləq şəkildə bu məsələni həll etməyi xahiş edirəm”-deyə, o, əlavə edib.

Müzakirələrdən sonra 2021-ci ilin dövlət büdcəsi, eləcə də, DSMF-nin və İşsizlikdən sığorta fondunun büdcələri ilə bağlı qanun layihələri səsə qouylaraq, üçüncü, sonuncu oxunşda qəbul ediliblər.

11:29

***

Qeyd edək ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6%-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 mln. manat və yaxud 5,4%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 mln. manat və yaxud 5% çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 mln. manat (ÜDM-də xüsusi çəkisi 37,7%) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 mln. manat və ya 3,8%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 mln. manat və ya 16,9% çoxdur.

Müzakirələrin sonunda büdcə zərfinə daxil olan digər 6 qanun layihəsi də üçüncü, sonuncu oxunuşda səsə qoyularaq, qəbul ediliblər.

Beləliklə də, 2021-ci ilin büdcə zərfinin müzakirələri və qəbulu başa çatdırılıb.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İkinci Vətən Müharibəsi onu da təsdiq etdi ki, işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil”-JALƏ ƏLİYEVA

Read Next

“Əgər sərt karantin rejimi 2021-ci ildə də tətbiq edilərsə, verilən ödəmənin yenə də yaşayış minimumu həcmində olmasına hökumətdə baxılacaq”-NAZİRDƏN AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir