Büdcə müzakirələri yekunlaşdırılır və …

Bu gün parlamentdə (komitədə) bütövlükdə büdcə zərfi ilə bağlı müzakirələrə yekun vurulacaq.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, dünən komitələrdə dövlət büdcəsinin müzakirələri yekunlaşdırılıb.

Bu gün isə zərfə daxil olan sonuncu sənəd – Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il büdcəsi ilə bağlı müzakirələr aparılacaq və sonda plenar iclasa tövsiyə olunacaq.

İclas Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə baş tutacaq.

HADIIII

İclasa komitəsinin sədri Hadi Rəcəbli sədrlik edəcək.

Gələn həftədən isə plenar iclaslarda büdcə müzakirələrinə başlanılacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Bizdə də kreativ sənayeyə ehtiyac var – ƏBÜLFƏS QARAYEV

Read Next

Korifey aktrisa Amaliya Pənahova vəfat etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir