“Büdcədə mədəniyyətə baxış kəskin şəkildə dəyişməlidir…” – RAFAEL HÜSEYNOV

Azərbaycan son dərəcədə mühüm günlərin axarında, astanasında yaşayır.  Bu səbəbdən büdcəmiz də  İstiqlalımızın, Müstəqil dövlətimizin yüz illiyinə hesablanıb.  Bu sənəddə mümkün risqlər nəzərə alınıb, onu qənaətbəxş saymaq olar.

Etikxeber.az xəbər verir ki,  bunu büdcə zərfinin  MM-in İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman,  Regional məsələlər komitələrinin birgə iclasında müzakirəsi zamanı akademik, parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov   bildirib:

“Azərbaycanda kənd təsərrüfatı çox sürətlə inkişaf edir, uğurlar göz önündədir. Azərbaycanda hərbi-sənaye kompleksi, sənayesi  uğurla inkişaf edir. Amma Azərbaycan kənd təsəttürfatı ölkəsi deyil. Azərbaycan geniş hərbi-sənaye ölkəsi də deyil. Azərbaycan mədəniyyəti ilə dünyaya səs salan bir ölkədir, Azərbaycanı dünyaya onun mədəniyyəti tandıb. Ona görə mədəniyyət sahəsinə daha çox diqqət göstərilməlidir. Büdcədə mədəniyyətə baxış kəskin şəkildə dəyişməlidir. Cüzi artımlar deyil, böyük artımlar nəzərdə tutulmalıdır”.

Komitə sədrinin dediyinə görə, ölkədə Prezident  İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət quruculuğu siyasətində mədəniyyət quruculuğu çox mühüm yer tutur.

“Ölkə başçısı daim bu sahəni öz diqqət mərkəsində saxlayır. O, Azərbaycan mədəniyyətinin böyük dostudur.  Bu baxımdan, mədəniyyət sahəsinə diqqət büdcə zərfində də öz əksini tapmladır, büdcəni hazırlayan, formalaşdıran iqtisadi qurumlar bunu mütləq nəzərə almalıdırlar. Dünyada kinonun tarixi 1895-ci ildən başlayırsa, Azərbaycanda ondan cəmi  3 il sonra -1898-ci ildən başlayır. Yəni, növbəti ildə Azərbaycan kinosunun 120 ili tamam olur. Bu, çox mühüm naiyyyətdir.

Dünyanın ən inkişaf etmiş ölkələrində kino yaranmayanda, Azərbaycanda kino vardı. Amma büdcədə bu məsələyə o qədər də ciddi diqqət ayrılmayıb. Biz bununla böyük inkişafa doğru gedə bilmərik. Odur ki, kino sahəsinə büdcədə daha ciddi diqqət yetirilməlidir, ayrılan vəsaitin həcmi artırılmalıdır. Bölgələrdəki kitabxanları dirçəltməliyik. Onları mədəniyyət mərkəzlərinə çevirməliyik. Amma bugünkü durumla uzğa gedə, keçmiş ənənələrimizi yaşada bilmərik“-deyə, R. Hüseynov daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Büdcə zərfinə ciddi marağın olması gözləniləndir – BAHAR MURADOVA – YENİLƏNİB (3)

Read Next

Parlamentdəki partiyaların büdcəsi artırılsın! – FUAD MURADOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir