“Büdcəmizə əlavə yük salmadan, ayrılan ümumi vəsaitin hesabına, hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə-vəkilə ödənilən haqqı 50 faiz, yəni, hər iş saatı üçün 6 manatdan 9 manata qaldırmaq mümkündür”-DEPUTATDAN VƏKİLLƏRLƏ BAĞLI TƏKLİF

Ötən il büdcə müzakirələrində cəmiyyətin ən vacib institutlarından olan vəkillik fəaliyyəti ilə bağlı təkliflərimi vermiş, dövlət büdcəsində heç bir əlavə yüklənmə olmadan, hazırkı büdcə ilə dövlət hesabına hüquqi yardıma görə ödənilən məbləğin artırılmasının mümkünlüyünü bildirmişdim. Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında da məsələni bir daha gündəmə gətirərək, problemi yaz sessiyasında komitənin gündəmində saxlamağı təklif etdim və fikirlərimi real rəqəmlərlə əsaslandırdım.

Belə ki, 2020-ci ildə dövlət hesabına hüquqi yardımın ödənilməsi üçün dövlət büdcəsindən Vəkillər Kollegiyasına 5,5 milyon manat artıq vəsait ayrılmış, ilin sonunda istifadə edilməmiş vəsaitin 51%-dən artığı, yəni 2,8 milyon manatdan çox vəsait dövlət büdcəsinə geri qaytarılmışdır. Bu o deməkdir ki, dövlət büdcəmizə əlavə yük salmadan, elə ayrılan ümumi vəsaitin hesabına, hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqqı 50%, yəni, hər iş saatı üçün 6 manatdan 9 manata qaldırmaq mümkündür.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov dilə gətirib.

Qeyd edib ki, bununla da həm vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün vəkillik təsisatının gücü və nüfuzunun artırılması, həmçinin, Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının 22.02.2018-ci il Sərəncamında müəyyən edilmiş tövsiyələrin səmərəli icrası istiqamətində mühim addım atmış olarıq.

“Heç şübhəsiz ki, məsələnin reallaşması həm hüquqi xidmətin keyfiyyətinə, həm də pandemiyanın vurduğu ağır zərbədən sonra bu sektorda təmsil olunanların güzaranına müsbət təsir edər. Komitə iclasında təklifimə dəstək verdiyi üçün, komitə sədri hörmətli Zahid Oruc, dəyərli həmkarlarım Fazil Mustafa və Razi Nurullayevə təşəkkür edirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az


Read Previous

“Hər il türk dünyasının mədəni paytaxtını elan edirik: 2022-ci ildə Şuşanın belə paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik…”-TDƏŞ-İN BAŞ KATİBİ İLHAM ƏLİYEVLƏ GÖRÜŞÜNDƏ BU TƏKLİFLƏ ÇIXIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi idi…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir