Büdcəyə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi gələn həftəyə qaldı

Dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiqlənir

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçirilən iclasının gündəliyinə 3 məsələ daxil edilib.

Etikxeber.az-ın xəbərinə görə, bunlar “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, o cümlədən, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.

meclis-oqtay-1

Hər 3 sənəd ölkə Prezidenti İlham Əliyev tərəfindən parlamentə təqdim edilib.

“2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində 2017-ci ilin dövlət büdcəsinin gəlirlərinin 16 milyard 516 milyon, xərclər hissəsinin isə 17 milyard 594 milyon manat təsdiq edilməsi təklif olunur.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi gələn həftəyə qalıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Vuralsız, Kayasız, Halaçoğlusuz…yeni TBMM – PARTİYALARIN NAMİZƏDLƏR SİYAHISI AÇIQLANDI

Read Next

İqtisadiyyatımızda müsbət meyllər özünü göstərməkdədir – SƏMƏDZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir