“Budur, xoşbəxtlik, budur varislik, budur sadiqlik!”-ZİYAD SƏMƏDZADƏ YAZDI – (SONUCU-ÜÇÜNCÜ HİSSƏ)

İqtisadi tərəqqiyə və hərbi qələbəyə aparan böyük siyasət

(Yazının davamı- sonuncu, üçüncü hissə)

Azərbaycan dövləti qlabal dünya böhranı, eləcə də pandemiya dövründə heç bir sosial proqramı dayandırmadı, heç bir dövlətdən, beynəlxalq təşkilatlardan yardım istəmədi, çünki bizim kifayət qədər valyuta ehtiyatlarımız var.

Xarici borcun həcminin ÜDM-ə nisbəti bir çox ölkələrdəki borclanmadan dəfələrlə azdır.

Onu da qeyd edək ki, “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində heç 100 milyon dollar valyuta ehtiyatı olmayan respub­likamızın bu gün 50 milyard dollar val­yuta ehtiyatları vardır.

Bu, ölkənin xarici borcunun həcmindən 5 dəfədən çoxdur. Azərbaycan dövləti xarici borclanma siyasətinə həssaslıqla yanaşır, borclanma məsələsini həmişə diqqət mərkəzində saxlayır, onun alınmasında və qaytarılma­sında qarşı tərəflə razılaşdırılmış şərtlərin yerinə yetirilməsini strateji vəzifə kimi qiymətləndirir.

Azərbaycanın taleyüklü inkişaf stra­tegiyası ətrafında cəmiyyət daxilində konsensusun yaradılması, dövlətin milli mənafelərə xidmət edən və yüksək həyat tərzinə təminat verən strateji siyasəti, qloballaşan dünyanın inkişaf kontekstində respublikamızın iqtisadi təhlükəsizliyinin təmini, Azərbaycanın gələcəyi naminə yaranmış ümumxalq birliyi Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir.

Prezident İlham Əliyev bu­nunla bağlı demişdir:

“İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunma­sı – bu amillər bizi problemlərdən qoruya bildi. Azərbaycanın gələcəkdə uğurlu inkişafı üçün bütün bu amillər daha da güclənməlidir”.

Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin dövründən əsası qoyulan siyasət və strategiya nəticəsində dünyanın güclü orduya malik 50 ölkəsi sırasında inamla addımlağa başladı və bu gün də addımla­maqda, ön sıralara yüksəlməkdədir. Bütün bunlar 2016-cı ilin Aprel döyüşlərində, həm dəı İkinci Vətən müharibəsində öz tarixi nəticələrini verdi.

Vətən müharibəsində xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsi Azərbaycanın erməni faşizmi üzərində qələbənin əldə edilməsində həlledici rol oynadı. Ölkə Prezidentinin başçılıq etdiyi şanlı, rəşadətli Azərbaycan Ordusu, qəhrəman, igid Azərbaycan Ordusu 44 günlük İkinci Vətən Müharibəsi ilə 32 illik qanlı Qarabağ münaqişəsinə son qoydu.

Sentyabrın 27- də başlayan və noyabrın 9-da başa çatan 44 günlük İkinci Vətən Müharibəsi ilə yağı, murdar düşmən və onun qanlı havadarları üzərində tarixi, möhtəşəm Qələbə, Zəfər çalındı. İşğalçı, faşist və terror dövləti olan Ermənistan güclü Azərbaycan qarşısında tab gətirə bilmədi, təslim oldu, məğlub edildi, kapitulyasiya aktına imza atdı, məğlubiyyətini rəsmən etiraf etdi.

Azərbaycan xalqı 32 ildən sonra Haq­qına, Haqq etdiyinə qovuşdu. 32 il dözdü, səbr etdi, təmkin nümayiş etdirdi və sonda da qanuni, halal Qələbəsini əldə etdi. Bəli, bu Qələbə, bu Zəfər heç də asan başa gəlmədi. Bunun üçün illər, on illiklər lazım gəldi.

Bəli, bugünkü uğurlarımıza, İkinci Vətən müharibəsinin Qələbə və Zəfərlə başa çatdırılmasına görə, həm də ulu öndər Heydər Əliyevə, onun uzaqgörən siyasət kursuna borcluyuq, onun ruhuna minnətdarıq, onun ölməz, müqəddəs ruhu qarşısında baş əyirik. Onun qurub-yarat­dığı, şah əsəri olan müstəqil Azərbaycan, qüdrətli, güclü Azərbaycan dövlətinin sükanı bu gün tam etibarlı əllərdədir.

Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və müdrik milli dövlətçilik xətti və siyasəti ilə Azərbaycan Qələbələrdən-Qələbələrə, Zəfərlərdən- Zəfərlərə doğru irəliləməkdədir.

Bu yerdə mütləq şəkildə xatırlatmağa dəyər ki, Qarabağın gözü, dilbər guşəsi olan Şuşanın 28 il 6 aydan sonra işğaldan azad olunduğu gün – noyabrın 8-də ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında oldular. Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, Şəhidlər xiyaba­nında isə şəhidlərin xatirəsinə ehtiramla­rını bildirdilər.

Şəhidlər xiyabanında tarixi nitqi zamanı ölkə Prezidenti dedi:

“Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.

Bəli, ölkə Prezidenti hər zaman verdiyi vədə sadiq qaldı, onları bir-bir yerinə ye­tirdiyi kimi, ulu öndərin də vəsiyyətinə bir oğul, bir övlad kimi yerinə yetirdi.

Budur, xoşbəxtlik, budur varislik, budur sadiqlik!

Ziyad SƏMƏDZADƏ,

AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı

Etikxeber.az

Read Previous

“O, tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi”-FUAD HEYDƏRİN BAXIŞI

Read Next

Zəylik kəndinin videogörüntüləri-YAYILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir