“Bu,Ermənistanın ifşası siyasətini daha da gücləndirəcək…” – MİLLƏT VƏKİLİ

Azərbaycanın xarici siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdan ibarətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib.

Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək bu problemin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin qarşıya qoyduğu ən prioritet məsələdir. Ermənistanın hərbi təcavüzü səbəbindən meydana çıxan bu münaqişə nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon işğal edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub.

Azərbaycan münaqişənin beynəlxalq hüququn normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sevinc Fətəliyeva deyib.

O, qeyd edib ki, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycan yeni hakimiyyətdən düzgün qərarlar gözləyirdi.

“Təəssüf ki, ötən dövr ərzində yeni hakimiyyət münaqişənin həlli ilə bağlı konstruktiv mövqe ortaya qoymayıb, əksinə ziddiyyətli bəyanatlar verməkl məşğul olub.

Bütün hallarda Azərbaycanın mövqeyi qəti və birmənalıdır: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, Ermənistan qoşunları ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Düşünürəm ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində münaqişənin diplomatik yolla həlli istiqamətində səylərini daha da gücləndirəcək, işğalçı Ermənistanın təcavüzkar mahiyyətini ifşa etmək siyasətini daha da gücləndirəcək…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

İSLAHAT NƏDİR? – Deputat yazdı

Read Next

“Deputatlıq yaşla, təyinatla bağlı məsələ deyil, seçimlə əlaqədar olan məsələdir” – MİLLƏT VƏKİLİNDƏN “YAŞLI DEPUTATLAR” MƏSƏLƏSİNƏ SƏRT ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir