“Bulaq tikdirmək istəyirəm, amma Xəzər Rayon İcra Hakimiyyəti buna mane olur…”-ŞƏHİD QARDAŞLAR – ELGÜN VƏ ALTAY MÖVLANOVLARIN ATASI ÜSYAN ETDİ

İki oğlum Vətən müharibəsində şəhid olub. Hazırda yaşadığım Binə qəsəbəsində öz hesabıma onların adına bulaq tikdirmək istəyirəm. Amma qoymurlar…
 

Etikxeber.az-ın xəbərinə görə, bu fikirləri Modern.az-a açıqlamasında Şəhid qardaşlar-Elgün və Altay Mövlanovaların atası Tahir Mövlanov bildirib.


Onun sözlərinə görə, məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbulunda olub. Şəhər meri şəhid bulağının tikilməsinə şifahi şəkildə icazə verib.

Amma…

“Binə qəsəbəsində “Şam bağı”nın yaxınlığındakı ərazidə bulaq tikdirmək istəyirəm. Xəzər Rayon İcra Hakimiyyəti buna mane olur. Ustalar əraziyə gedəndə polislər tökülüşüb icazə vermədilər. Uzun müddətdir bulağın tikilməsi üçün çalışıram. Amma hələ də daşı daş üstünə qoya bilməmişəm”-deyə, Şəhid qardaşların atası narazılıq edib.

Şəhid atası Tahir Mövlanov aidiyyatı qurumları bu məsələdə ona kömək etməyə çağırıb.

Xatırladaq ki, Şəhid qardaşlar Vətən müharibəsinin ilk günlərindən fəallıqları ilə seçiliblər.

Elgün Mövlanov 2020-ci il sentyabrın 30-da Goranboy rayonunun Ağcakənd istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb.

Elgün həm də İkinci Qarabağ müharibəsində Lerikin ilk Şəhidi olub.

Onun qardaşı, müddətdən artıq hərbi xidmət edən Altay isə bir ay sonra, Füzuli uğrunda gedən döyüşlərdə Şəhid olub.

Hər iki qardaş Lerikdə yan-yana dəfn olunublar.

Etikxeber.az

Read Previous

Hava buludlu və yağmursuz olacaq-SABAH

Read Next

“Ermənistandan da müsbət xəbərlər alırıq, Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır…”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir