Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Eldəniz Səlimov deyib.
E.Səlimov bildirib ki, məhz bunun nəticəsidir ki, Minskdə keçirilən II Avropa Oyunlarının nəticələrinə görə Azərbaycan idmançıları 5 qızıl, 10 gümüş, 13 bürünc medal olmaqla 28 medal qazanaraq xalqımızı sevindirmiş, Azərbaycanın himni səsləndirilmiş, bayrağını yülsəklərə qaldırmışlar.
“Nəzərə alaq ki, Avropa Oyunlarının ilki Azərbaycandan başlayıb və Azərbaycan standartları ilə dünyanın müxtəlif regionlarında növbəti oyunları keçirilir. Həmişə olduğu kimi II Avropa Oyunları yüksək nəticələr göstərmiş,idmançılar və onların məşqçiləri möhtərəm Prezidentimizin sərəncamı ilə mükafatlandırılır. Cənab Prezidentin sərəncamı ilə qızıl medal alan 50 min, gümüş medal alan 30 min, bürünc medal alan 20 min manat dəyərində mükafatlandırılmışlar. Bununla bərabər uyğun olaraq məşqçilər 25 min, 15 min və 10 min manat miqdarında mükafatlandırılır. İdmançılarımızı təbrik edir və onlara yeni-yeni uğurlar diləyirik”-deyən deputat eyni zamanda qeyd edib ki, 3-cü Avropa Oyunlarında idmançılarımızdan daha gözəl nailiyyətlər və nəticələr gözləyirik:
“Əminik və inanırıq ki, idmançılarımız 4 il sonra Polşada keçiriləcək 3-cü Avropa Oyunlarında daha uğurlu və daha möhtəşəm nailiyyətlər, uğurlar, qələbələr əldə edəcəklər. Hətta, medalların sayına görə və ümumi nəticədə ilk beşlikdə olacaqlar. Çünki buna idmançılarımızın, Azərbaycan idmanın hər cür potensialı var. Bir daha ikinci Avropa Oyunlarında uğur əldə edən idmançılarımızı təbrik edirik, onlara növbəti zəfərlər arzulayırıq”.
Etikxeber.az