“Bundan savayı vacib vəzifə yoxdur…” – ƏLİ ƏHMƏDOV

İnsanların sosial həyatının, həyat səviyyəsinin, bütövlükdə ölkədə həyat səviyyəsinin artırılmasının vacib istiqamətlərindən biri insanların işlə təmin edilməsidir. Bütövlükdə Azərbaycanda son 15 il ərzində insanların işlə təmin olunması istiqamətində əhəmiyyətli addımlar atılıb. 2 milyona yaxın yeni iş yerlərinin yaradılması Azərbaycan Prezidentinin atdığı ən ciddi sosial addımdır.

Etikxeber.az  xəbər verir ki, bu fikirləri  baş nazirin müavini Əli Əhmədov səsləndirib.

“Sual oluna bilər ki, niyə indi Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin sosial yönümü qabarıq şəkildə ortaya çıxıb. Təbii ki, insanların həyatının yaxşılaşdırılması Azərbaycan dövlətinin, ölkə Prezidentinin həyata keçirdiyi strategiyanın əsasını təşkil edir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi insanlarımızın rifah halının yaxşılaşdırılmasından savayı vacib vəzifə yoxdur…”-deyə, Ə. Əhmədov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Bir kənd boşaldılır – TORPAQ SÜRÜŞMƏSİNƏ GÖRƏ – FOTO

Read Next

“İndi qələbəyə həsrət qalmışam…” – ŞƏHRİYAR MƏMMƏDYAROV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir