“Bunlar mütləq şəkildə deyilməli və vurğulanmalıdır, yoxsa…”-MM-İN KOMİTƏ SƏDRİ


Milli Məclis yaz  və növbədənkənar sessiyalar dövründə uğurla fəaliyyət göstərib.

Etikxeber.az xəbər verir ki, bu fikri Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Sessiyalar ərzində bir çox qanun layihələrinin qəbul edildiyini deyən komitə sədri xatırladıb ki, bu dövrdə  Nazirlər Kabinetinin, Ombudsmanın illik hesabatları və digər məruzələr dinlənildi.

Onun sözlərinə görə, bütün bunların hər biri çox mühüm məsələlərdir.

“Bu müzakirələrin ana xətti ölkənin inkişafının daha da gücləndirilməsinə hesablanıb. Digər tərəfdən, bir sıra qanunlara dəyişikliklər edildi. Dəyişikliklər sosial layihələrə də aid edildi ki,  bu da həyatımızın mühüm tərkib hissəsini təşkil edir. Sessiyalar ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar qanunlara da dəyişikliklər nəzərdə tutulurdu, onlar da qəbul edildi.

Onu da mütləq şəkildə qeyd etmək istərdim ki, 6-cı çağırış yeni tərkibli və yeni ruhlu parlamentdə əsl demokratik, plüralistik mühit yarandı, yaradıldı. Hörmətli spikerimiz Sahibə xanım Qafarova tərəfindən çıxış etmək, fikir, irad bildirmək, təklif səsləndirmək üçün hər bir millət vəkilinə hər cür şərait və imkan yaradıldı. İstər qanun layihələrinin, istərsə də, cari məsələlərin müzakirəsində hər kəsə öz sözünü demək fürsəti, şansı təmin edildi. Əvvəllər ara-sıra keçirilən və cəmi yarım saat çəkən cari məsələlərin müzakirəsi hər bir iclasda baş tutdu və bəzən bir saatı ötüb keçdi. Yeni, gənc millət vəkillərinin özlərini təqdim edə, tanıda bilməsi üçün spikerimiz tərəfindən onlara hər cür dəstək nümayiş etdirildi. Parlamentdə güclü struktur və kadr dəyişiklikləri, islahatları aparıldı, yeni mərhələnin əsası qoyuldu. Bunlar mütləq şəkildə deyilməli və vurğulanmalıdır.

Ən başlıca məqamlardan biri isə o idi ki, ölkəmizdə koronavirusa qarşı mübarizədə Milli Məclis də öz töhfələrini verməyə çalışır. Çünki bu yöndə təbliğatın aparılması çox önəmli idi. Bu baxımdan, sessiyalar ərzində deputatlar pandemiya ilə mübarizədə fəallıq nümayiş etdirdilər. Azərbaycanda koronavirus infeksiyasının aradan qaldırılması və insanların sağlamlığının təmin edilməsi istiqamətində parlamentin rəhbərliyi, deputatlarımız çox ciddi işlədilər və müsbət mənada təbliğat apardılar”-deyə, komitə sədri vurğulayıb. 

Etikxeber.az

Read Previous

“Gələcək dönəmdə ictimai rəyə təsiri olan peşəkar saytlara da dövlət maliyyəsi nəzərdə tutulmalıdır”-MİLLƏT VƏKİLİNDƏN HƏMKARINA DƏSTƏK

Read Next

QACARLARIN SÜQUTU HANSI ÖLKƏNİN KƏŞFİYYAT XİDMƏTİNİN İŞİ İDİ?-ARAZ ŞƏHRİLİ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir