“Bunu o dövlət edir ki, onun ordusu qüdrətli, özünün yenilməz ruhuyla xalqı böyükdür: Bax, biz o böyük xalqıq. Yaşasın Azərbaycan xalqı!”-SAHİB ALIYEV

Milli Məclisin (MM) bugünkü iclasında Azərbaycan xalqına və Ali Baş Komandan İlham Əliyevə müraciət müzakirə olunub.

Müzakirələrdən sonra müraciət qəbul edilib.

Etikxeber.az millət vəkili Sahib Alıyevin MM-in toplantısı üçün nəzərdə tutlan çıxışının mətnini təqdim edir:

“Hörmətli xanım sədr, dəyərli həmkarlar, bu gün Azərbaycan parlamentarizmi tarixində heç vaxt unudulmayacaq bir torpantı keçirilir.

Çünki bu gün bizim burda gündəliyimizdə bir məsələ var, o da 2020-ci il sentyabrın 27-də başlayıb, noyabrın 10-da işğalçı Ermənistanın təslimçilik aktıyla bitən Vətən Savaşındakı Böyük Qələbəmizdir.  On noyabr anlaşmasıyla ofsaytda qalan bəlli güclərin təsiri altında olan, tapşırıqlarını yerinə yetirən, üstəlik də bu gün məğlub Paşinyanın timsalında həm öz keçmişlərini, elə də həm də gələcəklərini görən siyasətbazların, populistlərin, bir də bəzi aşırı maksimalistlərin dodaq büzmələrini nəzərə almasaq, Qələbəmizə içindəki istəklər prizmasından yox, beynəlxalq vəziyyəti, normaları, dövlətinin, gücünü, marağını dəqiq qiymətləndirərək yanaşan hər bir azərbaycanlı necə bir uğura imza atdığımızın yəqin yaxşı fərqindədir. Daha informasiyalılar isə onun da yaxşı fərqindədirlər ki, bu Qələbənin qazanılmasında müstəsna xidməti olan Ali Baş Komandanımız çox böyük təzyiqlərə sinə gərdi.

O, ön xətdə düşmənlə əlbəyaxa vuruşan əsgərlərimizdən də qat-qat artıq risqlərə getdi. Getdi və müzəffər Sərkərdə kimi əbədi olaraq adını tarixə yazdırdı. Həm də təkcə yazdırmadı, tarixin 200 illik axarını da dəyişdirdi. İşğalçıların arxasında kimlərin durduğunu göz önünə gətirib də təəssüflə deməliyik ki, bu dünya onların dünyasıydı. Amma onların dünyasında, onlara hərtərəfli dəstək verən güclərin beynəlxalq koyukturanı müəyyənləşdirdiyi dünyada obrazlı desək, dünyanı başalrına dar edərək təslimçilik aktı imzalatdırıldı.

Mənə elə gəlir ki, bu qədər təzyiqlər və risqlərin fonunda cənab İlham Əliyevi elə qoruyan da, hifz və müzəffər edən də həmən o getdiyi böyük risqin araxasındakı hisslər- ölçüyəsığmaz vətənpərvərlik, xalqına, kökünə bağlılıq və necə olursa-olsun ata vəsiyyətinə əməl etməyə çalışan oğul fədakarlığıdır. Çünki əsl, içdən gələn, yüksək konsentrasiyalı hiss özü güc olmaqla yanaşı, həm də zirehdir. 

Cənab Prezident işğalçını cəzlandırmaq vaxtını bir qrossmeyster uzaqgörənliyi və zərgər dəqiqliyilə hesabladığı kimi, haçan və harada dayanmalı idiksə, o zamanda, o yerdə də dayanmağı da eyni uzaqgörənlik və dəqiqliklə müəyyənləşdirə bildi. Bu, təkcə mənim yox, dünyanın əksər siyasətçi və ekspertlərinin, hətta bizə qərəzlərini gizlətməyənlərin də fikridir. Ayrılan vaxtın məhdudluğunu nəzərə alaraq, Qələbəmizin bizə vəd etdiyi siyasi, iqtisadi, strateji və geosiyasi dvidentləri bir yana qoyub, sadəcə, onun mənəvi tərəfi üzərində dayanmaq istəyirəm.

Onu demək istəyirəm ki, ruhları qarşısnda baş əydiyim şəhidlərimiz, qəhrəman hərbçilərimiz öz canları-qanları, hünərləri hesabına təkcə işğal altındakı torpağımızı geri qaytarmadılar həm də qəddimizi dikəltilər, yaralanmış qürurumuza məlhəm çilədilər, sığal çəkdilər! İndi bu regionda, elə bütün dünyada da kimsə bizə yuxarıdan aşağı baxa bilməz, daha dəqiqi buna haqqları çatmaz!

 Və orasını da deməliyik ki, bu təkcə Azərbaycanın, sınaq günlərində bizə öz siyasi və mənvi dəstəyini əsirgəməyən Türkiyəmizin, Pakistanın digər dostlarımızın qələbəsi deyil, beynəlxalq normaların, beynəlxalq hüququn ayaqlar altına salınıb tapdanmasını qəbul etməyən bütün dövlətlərin, xalqların və toplumların qələbəsidir. Bu bir ibrət dərsdir! Bizim verdiyimiz bu dərslə hər kəs gördü ki, arxanda kimlərin dayanmasından asılı olmayaraq naxələflik, nankorluq etmək, başqasının torpağını ələ keçirmək, qüruruyla oynamaq olmaz! 

Bu bir görkdür ki, təkcə böyük dövlətlər deyil, özünün stataitsik göstəricilərinə görə onların sırasında yer alamayan Azərbaycan kimisi də qarşısna qoyduğu, çoxlarına mümkünsüz görünən məqsədə çata, güc tətbiqiylə yolundan azanı yoluna gətirə, danışıqlar stolu arxasına əyləşdirə bilər. 

Bu o vaxt olur ki, oturuşmuş dövlət var və onun başında böyük lider durur. Bunu o dövlət edir ki, onun ordusu qüdrətli, özünün yenilməz ruhuyla xalqı böyükdür. Bax, biz o böyük xalqıq. Yaşasın Azərbaycan xalqı!

Yaşasın Azərbaycan dövləti! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandanımız!”.

Etikxeber.az

Read Previous

“Rusiya sülhməramlılarının fəaliyyəti artıq suallar yaratmağa başlayıb… Türkiyə əsgəri azərbaycanlı əsgərlə birlikdə mütləq Dağlıq Qarabağda – Şuşada, Laçında və Kəlbəcərdə olmalıdır…”-POLİTOLOQDAN XƏBƏRDARLIQ

Read Next

“Diktə edən də bizik, diktə edən də biz olduq, diktə edən də biz olacağıq…Zəfərin, müqəddəs Qələbən mübarək, can-canım Azərbaycanım!”-JALƏ ƏLİYEVA İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN QƏLƏBƏ İLƏ BAŞA ÇATMASINDAN, QALİB ALİ BAŞ KOMANDANDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir