Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sentyabrın 17-də Milli Məclisin (MM) Elm və təhsil komitəsinin parlamentin 2019-cu il payız sessiyası ilə bağlı ilk iclası keçirilir.
Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən komitənin iclasının gündəliyinə 5 məsələ daxil edilib.
Bunlar MM-in 2019-cu il yaz və növbədənkənar sessiyaları ilə bağlı komitənin gördüyü işlərin hesabatı, 2019-cu ilin payız sessiyasın ilə əlaqədar komitənin qanunvericilik işlərinin planı və bir neçə qanuna dəyişkiliklər nəzərdə tutan qanun layihələrdirdir.
Komitənin iclasını açan, akademik İsa Həbibbəyli öncə Azərbaycanda böyük və sürətli quruculuq-abadlıq işlərinin görüldüyünü, yeniliklərin baş verdiyini, bütün sahələrdə islahatlar prosesinin dərinləşdiyini, müsbət nəticələrin əldə edildiyini bildirib.
Qeyd edib ki, xüsusilə, bir neçə gün öncə Bakıda ən müasir standartlara cavab verən Bakı Dövlət Peşə Təhsili Mərkəzi tikilib, istifadəyə verilib ki, bunun heç bir yerdə analoqu yoxdur:
“Bu, ölkədə, digər təhsil sahələri, müəssisələri ilə yanaşı, peşə təhsilinin inkişafına da böyük diqqət və önəm verildiyini göstərir”.
O, sonra komitənin gündəliyində duran məsələlər barədə məluumat verərək, bildirib ki, son sessiyalarda 22 məsələyə baxılıb.
Həmçinin, komitəyə hesabat dövründə 190 yazılı müraciət daxil olub.
***
“Biz ödənişli təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı xüsusi qanun layihəsinin hazırlanmasını zəruri hesab edirik. Ona görə də “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanması istiqamətində komitədə iş aparılır”
Bunu da İ. Həbibbəyli komitə iclasında çıxışı zamanı bildirib.
***
Komitə sədri eyni zamanda bildirib ki, “Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması yönündə işlər davam etdirilir.
Qeyd edib ki, bununla bağlı onun rəhbərliyi altında İşçi Qrupu yaradılıb.
“Hesab edirəm ki, bu qanun layihəsinin müzakirələrinə və qəbuluna ciddi ehtiyac var. Mən özüm yay tətil dövründə 30 səhifəlik bir variant hazırlamışam. Eyni zamanda, qanun layihəsinin hazırlanması məsələsi Təhsil Nazirliyi ilə bir yerdə aparılır. Onların özlərinin də xeyli təklifləri var. Sadəcə, yeni tədris ilinin başlanması ilə bağlı nazirliyin işçilərinin başı qarışıqdır, əksəriyyəti yerlərdədir, açılışlardadır. Ona görə onların təkliflərini hələ tam əldə edə bilməmişik.
Amma hesab edirəm ki, onlar da oktyabrın 1-nə kimi təkliflərini yekunlaşdırıb, bizə təhvil verməlidirlər. Həmçinin, həmin dövrə kimi kimin təklifləri olsa, mənə, İşçi Qrupuna təqdim etsin. Komitəmizin sədr müavini Bəxtiyar Əliyev də İşçi Qrupunun sədr müavinidir. Onun da təkliflərini gözləyirik. Odur ki, bütün təklifləri bir yerdə topladıqdan sonra onu bir daha müzakirə etməli və payız sessiyası gedişində ilkin variantda müzakirələrə təqdim etməliyik. İnanıram ki, biz bunun da öhdəsindən gələ biləcəyik, bu qanun layihəsinin də qəbuluna nail olacağıq”-deyə, komitə sədri sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az