“Bunun üçün hər cür əsas, zəmin, potensial və siyasi iradə var…” – MİLLƏT VƏKİLİ

Azərbaycan tarixi günlərinin birini də yaşadı, uğurlarına daha birini də əlavə etdi, daha bir zəfərinə də imza atdı.  Azərbaycan və Türkiyə liderləri tərəfindən 2015-ci ildə əsası qoyulan TANAP Avropa sərhədinə çatdı. Azərbaycan enerji təhlükəsizliyinin təminatında  növbəti töhfəsini  ortaya qoydu.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Eldəniz Səlimov deyib.

“TANAP enerji təhlükəsizliyi layihəsidir”-deyən millət vəkilinin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və strateji əməkdaşlıq onu göstərir ki, bu iki ölkə gələcəyə inamla birgə addımlayacaqlar.

“Bu layihələrin həyata keçirilməsi ölkəmiz üçün böyük iqtisadi inkişafı daha da sürətləndirir. TANAP Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin ən önəmlilərindən biridir”-deyə, qeyd edən millət vəkili bildirib ki, biz Asiya ilə Avropanı TANAP vasitəsilə birləşdirdik.

“Dünyaya bir daha Türkiyə-Azərbaycan arasında köklü qardaşlığın, bağlılığın, dostluğun mövcudluğunu sübut etdik.

Tarixdə liderlərin rolu danılmazdır.

Ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin sayəsində sürətli inkişafa nail oldu, iqtisadi gücünü artırdı və artırmaqdadır ki, bu da siyasi gücümüzü, beynəlxalq nüfuzumuzu gücləndirir.

Eyni zamanda, qardaş ölkəyə Azərbaycan tərəfindən sərmayə qoyuluşu ildən-ilə artmaqda davam edir.

Bu layihələrin həyata keçirilməsi nəticəsində ölkəmiz xeyli gəlir əldə etməklə, dinamik, sürətli inkişafını davamlı edəcək, insanların rifah halının yaxşılaşdırılması istiqamətində növbəti addımlarını atacaq.

Azərbaycan Prezidentinin  bəyan etdiyi kimi, bundan sonra da birgə həyata keçirəcəyimiz bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq.

Bunun üçün hər cür əsas, zəmin, potensial və siyasi iradə var”-deyə, deputat sonra qeyd edib.

Etikxeber.az

Read Previous

İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış oldu… -FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

“36-lar”: BƏXT KİMİN ÜZÜNƏ GÜLƏCƏK, YAP BU DƏFƏ KİMƏ “YAŞIL İŞIQ” YANDIRACAQ…?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir