“Burada tək idmançının günahı yoxdur…” – NAZİR

Macarıstanın Budapeşt şəhərində Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransı başlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomas Ayan, WADA prezidenti Graig Reedie ilə görüşlər keçirib və dopinq sahəsində mövcud vəziyyəti müzakirə ediblər. Nazir Belarus, Rusiya, Macarıstan, Finlandiya və Ukraynalı həmkarları ilə görüşüb.

A. Rəhimov konfransda dopinqlə mübarizə sahəsində ölkədə görülən işlər, imzalanan qanunlar, Polşanın Anti-Dopinq agentliyi ilə aparılan sıx əməkdaşlıq haqqında məlumat verib: “İdmançı illərlə Olimpiya oyunlarına hazırlaşır. O, bu oyunlarda iştirak və qələbə üçün əlindən gələni edir. Qalibiyyətindən 3-4 il sonra isə onun dopinqdən istifadəsi ilə bağlı xəbər yayılır və medalının əlindən alınması bildirilir. Bu idmançının həyatı ilə oynamaqdır. Dopinq istifadəsinə gəldikdə, burada tək idmançının günahı yoxdur. Əminəm ki, bu barədə hər birimiz düşünməliyik”.

“Avropa Şurasının futbol oyunları və digər  idman tədbirləri zamanı  təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”nın imzalanması mərasimi də tədbir çərçivəsində nəzərdə tutulur.

Azərbaycanın da həmin Konvensiyaya qoşulması üçün müvafiq işlər görülməkdədir.

Etikxeber.az

Read Previous

Saxta avro satışı ilə məşğul olan şəxslər saxlanıldı

Read Next

42 yaşlı qadın özünü asdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir