Buraxılış imtahanının birinci mərhələsində 39 min 966-ŞAGİRD İŞTİRAK EDƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçiriləcək buraxılış imtahanının birinci mərhələsində 39 min 966 şagird iştirak edəcək.

DİM-dən Etikxeber.az-a bildirilib ki, imtahan saat 11:00-da başlanır və 3 saat davam edəcək.

İmtahanda Bak şəhəri Yasamal rayonunda 2980, Binəqədi rayonunda 4508, Səbail rayonunda 1658, Xətai rayonunda 3929, Xəzər rayonunda 3275, Nərimanov rayonunda 2907, Suraxanı rayonunda 3181, Sabunçu rayonunda 5165, Nəsimi rayonunda 2571, Qaradağ rayonunda 2307, Nizami rayonunda 2492, Pirallahı rayonunda 420, Naxçıvan Muxtar Respublikasında 3536, Şirvan şəhərində 1037 nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Prezident “İçərişəhər”lə bağlı-SƏRƏNCAM İMZALADI

Read Next

Səbinə Xasayevanın rəqibi-MÜSAVATIN QƏRARGAHINDA AÇLIQ AKSİYASINA BAŞLADI – YENİLƏNİB – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir