“Bütün dünyanın nəzərləri Bakıda olacaq” – BAŞ NAZİRİN MÜAVİNİ

Əli Əhmədov “Arsenal”-“Çelsi” qarşılaşmasından danışdı

Mayın 29-da bütün dünyanın nəzərləri Bakıda olacaq.

Etikxeber.az xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov deyib.

O, qeyd edib ki, həmin gün Bakının Olimpiya Stadionunda Avropa Liqasının final oyunu keçiriləcək.

Onun sözlərinə görə, Avropanın iki məşhur futbol komandasının – Arsenal cə Çelsi komandalarının çempionluq uğrunda yarışına Bakının ev sahibliyi etməsi əlamətdar hadisədir:

“Bu, təkcə idman bayramı deyil, eyni zamanda Azərbaycanı, Bakını tanıtmağın gözəl imkanıdır. Artıq bir neçə gündür Bakı, Azərbaycan futbolsevərlərin ən çox müzakirə etdiyi ölkə və şəhərdir. Ayın 29-da isə bütün dünyanın nəzərləri Bakıda olacaq.

İdmançılara uğurlar diləyirəm. Komandalardan hansısa çempion adına məhz Bakıda nail olduğunu heç zaman unutmayacaq. Eynilə də fanatlar Bakıda keçirilən oyundan ən xoş təəssüratlarla qayıdacaqlarına əminəm.

ali-yap-tedbir

Bakıdakı futbol fanatlarının oyuna Azərbaycan bayrağı ilə getmək barədə sosial şəbəkələrdə səsləndirilən təklifi mən də dəstəkləyirəm. Yaxşı olar ki, Bakı həm oyunçuların, həm də fanatların yaddaşında təkcə stadionun gözəlliyi ilə deyil, həm də azarkeşlərin coşqusu ilə qalsın.

Azərbaycan bayraqları, Azərbaycan coşqusu və Azərbaycan qonaqpərvərliyi ilə futbolçuları və onların Bakıya gəlmiş fanatlarını salamlayırıq.

Hamınıza gözəl idman həyəcanı və xoş istirahət arzulayıram”.

Etikxeber.az

Read Previous

“Erməni fitnəkarlıqlarının başında erməni kilsəsi dayanır” – MİLLƏT VƏKİLİ – RƏY(LƏR)

Read Next

“Azərbaycan xalqı hər şeyi yaxşı bilir və bilməlidir ki…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir