“Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq və yanında olmaqda davam edəcəyik”-ƏRDOĞANDAN MÜHÜM BƏYANAT

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana son hücumlarını kəskin şəkildə qınayıb.

Etikxeber.az-ın xəbərinə görə, Ərdoğan “Vətənini müdafiə edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik“-deyib.

O, sonra bunları qeyd edib.

“Dağlıq Qarabağın işğalından bəri bu bölgədə davam edən gərginliyin Ermənistanın sistemli hücumları nəticəsində müharibəyə çevrilməsindən narahatıq. Sonuncu hücumlar Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə olunmaqla həyata keçirilib. Heç şübhəsiz, bu hücum Ermənistanın səviyyəsini aşan bir hadisədir. Burada məqsədli bir təxribat var: həm Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq, həm də yeni bir münaqişə mənbəyi yaratmaq. Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələrinin olduğu Azərbaycanın haqq və hüququnun müdafiəsi, torpaqlarına qarşı yönələn təcavüzün qarşısının alınmasında tərəddüd etməyəcək. Öz ölkəsində sosial və epidemiya ilə bağlı problemləri həll edə bilməyən bir dövlətin belə hücumlar etməsi, ilk növbədə, xalqına qarşı hörmətsizlikdir. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq və yanında olmaqda davam edəcəyik”.

Etikxeber.az

Read Previous

Şəhidimiz-mayor Namiq Əhmədov-TORPAĞA TAPŞIRILDI – FOTOLAR

Read Next

“Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi, uzunmüddətli atəş nöqtəsi məhv edilib”-MÜDAFİƏ NAZİRLİYİ YENİ MƏLUMAT YAYDI – YENİLƏNİB – (1) – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir