Bu il sentyabrın 1-dən hakimlərə ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla) gəlir vergisindən azad edilir.
Etikxeber.az-ın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, indiyə qədər hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı gəlir vergisindən azad edilib.
Vergi Məcəlləsində bu müddəa ləğv edilir.
Adıçəkilən qanun layihəsi parlamentin 28 iyun plenar iclasına tövsiyə olunub.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az