“Bütün ölkələr, dini liderlər çalışmalıdırlar ki…” – AZƏR BADAMOV

Paytaxt Bakı iki gündür  Dini liderlərin II Sammitinə uğurla ev sahibliyi edir. Sammitdə dünyanın hər bir yerindən müxtəlif dinlərin və konfenssiyaların rəhbərləri iştirak edirlər. Sammitə qatılan ölkə Prezidenti cənab İlham Əliyev geniş nitq söyləyib. Cənab Prezdent öz nitqində Azərbaycanda olan tolerant və multikultural mühüt haqqında danışaraq, bu gün ölkəmizin dünyada dinlərarası dialoqun genişlənməsinə verdiyi töhvələrə də toxunub.

Bu gün Azərbaycanda dövlət-din münasibətləri çox yüksək və sivil səviyyədə qurulub. Azərbaycan Konstitusiyasında dövlət-din münasibətlərinə və dini etiqad azadlığına həsr olunmuş xüsusi maddələr mövcuddur ki, ölkəmizdə də bu ana qanunun tələblər rəhbər tutularaq, dövlət siyasəti müəyyənləşdirilib.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

O, qeyd edib ki, bu gün Azərbaycanda din dövlətdən ayrı olmasına baxmayaraq, ölkəmizdə olan bütün dinlərin inkişafına dövlət qayğısı mövcuddur.

azer badam-1

“Dövlətin dəstəyi ilə məscidlər, kilsələr, sinaqoqlar yenidən qurulub və insanlara dini ayinlərin həyata keçirilməsinə tam azad və sərbəst şərait yaradılıb. Təbii ki, dünyada Azərbaycan kimi müxtəlif dinlərə ölkədə belə azad şərait və imkanlar yaradan ikinci ölkə tapmaq çətindir. Hətta, dünyanın inkişaf etmiş ölkələrində islamafobiya, ksenofobiya hallarının mütəmadi olaraq baş verdiyini müşahidə edirik. Amma onlardan fərqli olaraq Azərbaycanda bu günə qədər milli, irqi və dini müstəvilərdə heç vaxt münaqişə və xoşagəlməz hallar, təqib müşahidə olunmayıb.

Bu, bizim ölkəmizin başqa ölkələrdən fərqimiz və gözəlliyimizdir. Nə qədər ki, dünyada vahid bir fikir olmayacaq, islamafobiya, ksenofobiya halları davam edəcək, sülh və əmin-amanlıqdan danışmaq çətin olacaq. Azərbaycan dünyada qeyd etdiyim bu mövzularda bir barış mühitinin, dialoqun yaradılması missiyasını öz üzərinə götürüb və ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlər də bunu deməyimizə imkan verir.

Bütün dünya ölkələri çalışmalıdırlar ki, ədalətsizliyə qarşı birgə mübarizəni gücləndirsin, dünyada sülh və əmin-amanlıq təmin olunsun. İnsanlar öz dini,milli, irqi mənsubiyyətlərinə görə əziyyət çəkməsinlər. Bu missiyanı Prezdent İlham Əliyevin və I Vitse- prezdent Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmiz çox yüksək səviyyədə həyata keçirir və dünyada çox yüksək dəyərləndirilir. Son sammit də bunun daha bir nümünəsi oldu…”-deyə, A. Badamov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Xarici ali məktəblərdə doktorantura üzrə təhsilin maliyyələşdirilməsi qaydaları təsdiqləndi

Read Next

“Qafqaz vahid orqanizmdir, o elə bir məkandır ki…” – PREZİDENT – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0