“Bütün problemlərin öhdəsindən gələcəyik…”-DEPUTAT KİMİNLƏ GÖRÜŞDÜ VƏ NƏ HAQQINDA DANIŞILDI?

Kürdəmir rayonunun şəhər mərkəzində, kənd və qəsəbələrimizdə elektrik təminatının vəziyyəti ilə əlaqədar “Azərişıq” ASC-yə ünvanladığım məktub haqqında məlumat vermişdim. Məktubda rayonumuzda olan elektrik təminatının faktiki vəziyyəti, əhalidən mənə ünvanlanan müraciətlər əks olunmuşdu. Bildirmək istəyirəm ki, bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovla görüşümüz oldu. Səhmdar cəmiyyətin sədrini Kürdəmir ictimaiyyəti adından salamlayaraq “Azərişıq” ASC-nin Kürdəmir rayonunda apardığı işlər, deputat olaraq mənə ünvanlanan müraciətlər haqqında məlumat verdim. Kənd və qəsəbələrimizdə elektrik təminatının mövcud vəziyyəti, ən ağrılı sahələr, onların aradan qaldırılması ilə bağlı mümkün vasitələr haqqında geniş fikir mübadiləsi apardıq.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Əminə Ağazadə deyib.

“Vüqar müəllim əmin etdi ki, hazırda Səhmdar Cəmiyyətin malik olduğu imkanlar çərçivəsində rayonumuzun elektrik təminatının yaxşılaşdırılması işinə maksimum köməklik göstəriləcəkdir. Söhbət zamanı səhmdar cəmiyyətin rəhbəri bununla bağlı müvafiq qurumlara da öz göstərişlərini verdi. Məndə olan məlumata görə, hazırda “Azərişıq” ASC tərəfindən Kürdəmir rayonunda elektrik təminatının mövcud vəziyyətinin monitorinq olunmasına start verilib.

Bizim müraciətlərimizə operativ qaydada münasibət bildirdiyinə, görüş əsnasında müvafiq strukturlara yerindəcə lazimi tapşırıqlar verdiyinə görə hörmətli Vüqar müəllimə, rəhbərlik etdiyi kollektivə təşəkkürümüzü bildirir, onlara fəaliyyətlərində uğurlar arzulayıram. Mənim ən böyük dayağım, mənə daim qüvvə, inam verən sizlərin-seçicilərimin mənə olan etimadi, etibarı olub. Bu gün deputat olaraq hər bir sahədə, rayonumuzun üzləşdiyi hər bir çətinlikdə yanınızda olmaq, əlimdən gələn hər bir köməyi əsirgəməmək mənim vəzifə borcumdur. Bilirəm ki, birlikdə biz bütün problemlərin öhdəsindən gələcəyik”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Sentyabrın 15-də tədris müəssisələrində tədris bərpa edilir…”-Yeni Təhsil naziri-BRİFİNQ KEÇİRİR – ALİ MƏKTƏBLƏR DİSTANT QAYDADA FƏALİYYƏT GÖSTƏRƏCƏK – YENİLƏNİB – (8)

Read Next

“Neftçi” – “Şkupi” – 2:1 – “NEFTÇİ” İKİNCİ TƏSNİFAT MƏRHƏLƏSİNDƏ – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir