“Bütün zəfərlər Azərbaycanımızın, bütün zəfərlər, qələbələr cənab prezidentimizlə olsun” – JALƏ ƏLİYEDAN PREZİDENTƏ MİNNƏTDARLIQ

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edilənlərdən biri də müstəqil millət vəkili, professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyevadır.

Etikxeber.az-a açıqlamasında belə bir yubiley medalı ilə təltif olunduğuna görə, böyük qürur və ifxtixar hissi keçirdiyini deyən J. Əliyeva bu etimadı və dəyərləndirməsi üçün ölkə prezidenti İlham Əliyevə dərin minnətdarlığını və təşəkkürünü ifadə edib.

Millət vəkili bildirib ki, Azərbaycan xalqının fəxr və qürur tarixi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) adı ilə bağlı olan yubiley medalına layiq görülmək böyük xoşbəxtlikdir.

ilyaaaaa-4

jalllaaa

“Çox xoşbəxtəm, çox qürurluyam ki, bu medala layiq bilinənlər arasında mənim də ismim var. Bu, həm bizlərə-millət vəkillərinə, həm də tariximizə, Cümhuriyyətimizə, Cümhuriyyət qurucularımıza verilən böyük dəyərdir. Buna görə həm öz adamdan, həm də bu medala layiq görülən dəyərli həmkarlarımın adından cənab prezidentə bir daha minnətdarlığımızı, şükranlarımızı çatdırırıram, həm də dövlət başçısına müstəqil Azərbaycanın daha da çiçəklənməsi və tərəqqisi yolunda növbəti zəfərlər, qələbələr arzulayıram. Bütün zəfərlər müstəqil Azərbaycanımızın olsun, bütün zəfərlər, qələbələr cənab prezidentimizlə olsun. Allah müstəqil Azərbaycanımızı və onun Liderini qorusun!”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Əlaqələrin inkişafında həmməruzəçilər mühüm rol oynayır” – SƏMƏD SEYİDOV – AŞPA HƏMMƏRUZƏÇİSİ MİLLİ MƏCLİSDƏ – YENİLƏNİB

Read Next

“Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə əsas mövzu olaraq qalır” – MURADOVA ATƏT PA-YA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir