Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ATƏT-in Minsk qrupu və həmsədrlər insntitutu artıq silkələnməli, özünə gəlməli, həqiqətin gözünə dik baxmalı, 32 ildir işğalçılıq və təcavüzkarlıq, qəsbkarlıq siyasəti yeridən Ermənistanı, onun təxribatlardan və fitnəkarlıqlardan əl çəkməyən hakim siyasi elitasını, Paşinyan hakimiyyətini cəzalandırmalı, yerində oturtmalıdır. Azərbaycan cəmiyyətində artıq Minsk qrupuna, həmsədrlərə olan etimad limiti bitmək üzrədir, onlar söz oyununu qurtarmalı, ikili, üçlü yanaşmaları bir tərəfə qoymalı, könkret əmələ, işə, fəaliyyətə keçməlidirlər. 32 ildir təcavüzə və işğala məruz qalan bir xalq və dövlət olaraq, bizim bunu onlardan, həm də 1993-cü ildən bu yana 4 məlum qətnaməsinin icrasına nail olma bilməyən, bəlkə də buna maraq, həvəs göstərməyən BMT-dən, onun Təhlükəsizlik Şurasından tələb etmək haqqımız var. Bu, bizim qanuni, hüquqi tələbimizdir, haqqımızdır. Zəhmət çəksinlər, buyursunlar öz qərarlarının icrasına nail olsunlar, 90-ci illərdən üzərlərinə götürdükləri missiyanı yerinə yetirsinlər.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin üçü də Ermənistanpərəstliyi ilə seçilir.
“Onlar artıq erməni və Ermənistanpərəst siyasətlərindən əl çəkməlidirlər. Xüsusilə də, Fransa ilə işə Şimal qonşumuz. Bu, onların vasitəçilik missiyası ilə qəti şəkildə üst-üstə düşmür, həm də ölkələrimiz, dövlətlərimiz arasındakı uzun illərin əməkdaşlıq, tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir. Vasitəçilik missiyasını üzərinə götürən təşkilat və onun vasitəçilər missiyası, həmsədr dövlətlər bitərəf, obyektiv, ədalətli olmalıdırlar. Amma təəssüflər olsun ki, ötən illər ərzində bunun şahidi olmamışıq, əslində çox zaman bunun əksinin şahidi olmuşuq. Xüsusilə də, həmsədr ölkə münaqişə tərəflərindən heç birini heç cür silahlandırmamalıdır. Amma hələ 90-ci illərdə, Yeltsin hakimiyyəti dönəmində Rusiyanın Ermənistanı silahlandırması faktı onların elə öz siyasətçiləri, dövlət rəsmiləri tərəfindən dilə gətirildi və etiraf edildi. Hamımız bunun şahidiyik.


Amma çox təəssüflər olsun ki, son illərdə də bu siyasət davam etdirilib. Bununla da bağlı Azərbaycan cəmiyyətini haqlı narazılığı və etirazı bugünlərdə ölkə Prezidenti tərəfindən Rusiya rəhbərliyinə çatdırılıb. Bir daha qeyd edirəm ki, bu cür hallar yolverilməz və qəbuledilməzdir. Vasitəçi, həmsədr dövlət heç bir halda buna getməməlidir. Eyni zamanda, bugünlərdə Ermənistanın bədnam, sərsəm, təxribatçı və fitnəkar Baş naziri Paşinyan tərəfindən növbəti avantürist, təxribat xarakterli fikirlər səsləndirilib. Artıq bu adam nə danışdığının, nə dediyinin fərqində deyil. Adi tarixi faktlardan və həqiqətlərdən belə xəbəri yoxdur. Reallıq hissini tamamilə itirib, xüsusilə, Tovuz hadisələrindən-məğlubiyyətindən sonra isterik vəziyyətdədir.
Eyni zamanda Dağlıq Qarabağdakı qondarma, saxta, quldur, oyuncaq rejimin başçısı, terrorist Araik Arutunyan Gəncəni vurmaqla bağlı sərsəm fikirlər irəli sürüb. Bu, artıq həyasızlığın, arsızlığın, qudurğanlığın son həddidir. Ancaq o da, onun arxasında duran işğalçı, vassal, forpost dövlət də, onları bu illər ərzində Azərbaycanın üzərinə qaldıranlar, onların qanlı əməllərinə havadarlıq və himayədarlıq edənlər də qulaqlarını, gözlərini açıb yaxşı eşitsinlər ki, Aprel döyüşlərində, Cünnüt əməliyyatında və 12-14 iyul Tovuz hadisələrində olduğu kimi, bundan sonra da layiqli və haqq etdikləri cavablarını alacaqlar. Özü də daha ağır və daha amansız şəkildə. Aprel, iyul hadisələrinin daha betərini yaşayacaqlar. O zaman onları hansı aqibət gözləyəcək, özləri düşünsünlər, bizlik deyil, bizi maraqlandırmır.
Amma bununla belə, həm BMT, həm də Minsk qrupu, həmsədrlər onlara səssiz qalmamalıdırlar, Ermənistana, onun körüklədiyi qondarma və quldar rejiminə gərəkən, haqq etdikləri cavablarını və cəzalarını verməlidirlər. Bunun üçün də əllərində kifayət qədər təsir, təzyiq mexanizmləri var, buyurub, zəhmət çəkib həmin mexanizmləri işə salsınlar, Ermənistanı cəzalandırsınlar, işğa faktına son qoydursunlar, həqiqətin, ədalətin tərəfində durduqlarını göstərsinlər, isbat etsinlər, ya da öz missiyalarının süquta, iflasa uğradığını bəyan edib, yolumuzun üstündən çəkilsinlər. Özümüz münaqişə istənilən an həll etməyə, işğal faktına son qoymağa hazırıq və qadirik. İşğala son qoyulacağı, Qarabağımızın hər bir guşəsində üçrəngli bayrağımızın dalğalandırılacağı günlər də uzaqda deyil. Buna hər kəs əmin olsun”-deyə, millət vəkili sözlərinə əlavə edib.
08:36, 18 avqust
Etikxeber.az