Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şamaxı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ağacan Zakir oğlu Cəbrayılovun doğum günüdür.
Ağacan Cəbrayılovun bu gün 22 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Ağacan Cəbrayılov 2002-ci ilin may ayının 20-də Şamaxı rayonunda sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri olub.
O, həm də evin-ailənin yeganə sağlam övladı idi.
Bacısı Ləman və qardaşı Sədi fiziki qüsurlu xəstədirlər.
Ağacan 2008-2019-cu illərdə orta məktəbdə təhsil alıb.
Orta məktəbi başa vurduqdan bir müddət sonra, 2020-ci ilin iyul ayının sonlarında həqiqi hərbi xidmətə yollanıb.
İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.
Cəbhənin Ağdam-Xocavənd istiqamətində döyüşüb.
Döyüşlərdən birində ağır yaralansa da, ailəsinin bu barədə xəbəri olmayıb.
Yalnız noyabr ayının 22-də ailəsinə Şəhidliyi xəbəri verilib.
Nəşi isə bir gün sonra, 23 noyabr 2020-ci il tarixində Şamaxı şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Ağacan həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 22 yaşı mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az