Cəlal Qurbanov Bakı, Abşeron və Sumqayıtlı Şəhid ailələrini bu dəfə Sumqayıt şəhərində bir araya gətirdi, Sumqayıt Dövlət Universitetində görüş keçirildi-ŞƏHİD AİLƏLƏRİNİN İŞTİRAKI İLƏ “NUR” MƏRASİM EVİNDƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏBİL CƏBİZADƏNİN ANIM GÜNÜ MƏCLİSİ VƏ TƏDBİR TƏŞKİL OLUNDU… – FOTOLAR – YENİLƏNİB -(1)

14 oktyabr 2024-cü il tarixində Şəhid ailələri-Şəhid anaları, Şəhid ataları, Şəhid xanımları, Şəhid övladları növbəti dəfə bir araya gəlib.

Hər zaman Şəhid ailələrinin yanında olan iş adamı, xeyriyyəçi, “Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihələrinin rəhbəri Cəlal Qurbanov bu dəfə Bakı, Abşeron və Mingəçevirli Şəhid ailələri ilə Sumqayıtlı Şəhid ailələrini Sumqayıt şəhərində bir araya gətirib.

Etikxeber.az xəbər verir ki, Şəhid ailələri səhər saatlarında Sumqayıt Şəhidlər Xiyabanında bir araya gəlib və görüşüblər.

Bakı, Abşeron, Mingəçevir və ev sahibliyi edən Sumqayıtlı Şəhid ailələri birlikdə əllərində gül dəstələri Şumaqyıt Şəhidlər Xiyabanını, Sumqayıt Şəhidlərini ziyarət və Vətən yolunda canlarını fəda etmiş oğulların ruhlarına dualar ediblər.

Təxminən bir saat çəkən ziyarətdən sonra Şəhid ailələri Sumqayıt Dövlət Universitetində təşkil olunan tədbirə qatılıblar.

Tədbirə öncə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib.

Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov Şəhid ailələrini rəhbərlik etdiyi universitetdə görməkdən məmnunluğunu ifadə edib.

Bildirib ki, Şəhidlər İkinci Vətən Müharibəsində və ondan sonra keçirilən əməliyyatlarda qəhrəmanlıq salnaməsi yazıblar, Azərbaycana Qələbə və Zəfər bəxş ediblər.

Tədbirdə Şəhid analarından Milli Qəhrəman Polad Həşimovun anası Səmayə ana, Şəhid Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva, Şəhid Elnur Səmədovun anası Sənubər xanım, Şəhid İbrahim Vəlizadənin atası Səməd Vəlizadə və digərləri çxış ediblər.

Tədbirdə həmçinin, ixtisasca müəllim olan Şəhid valideynləri-Şəhid anları Bilik günü münasibəti ilə təbrik olunub.

Tədbirdə eyni zamanda, musiqilər səsləndirilib, mahnılar ifa edilib.

Tanınmış və sevilən müğənni Zamiq Əliyev ifası tədbir iştirakçıların kövrəldib, duyğulandırıb.

Tədbirin sonunda Sumqayıtlı Şəhid anları tərəfindən Cəlal Qurbanova hədiyyə təqdim olunub.

İki saatdan çox davam edən tədbirdən sonra “Nur” mərasim evində ehsan süfrəsi və tədbir təşkil olunub.

Bu yerdə qeyd edək ki, 14 oktaybrda Sumqayıtlı İkinci Vətən Müharibəsi Şəhidi, aili təhsilli, cəmi 27 yaşlı Əbil Cəbizadənin Anım Günü idi.

Həmçinin, 13 oktyabrda Sumqayıtlı digər İkinci Vətən Müharibəsi Şəhidləri-tək və ali təhsilli övlad Rüfət Mustafayevin və tək oğul Elmar Nəsibovun Əbədiyyətə uğurlandığı günü idi.

Odur ki, “Nur” mərsim evində təşkil edilən məclisdə Əbil Cəbizadə, Rüfət Mustafayev Elmar Nəsibov da daxil olmaqla, bir daha cəmi Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, bir daha Dövlət himni səsləndirilib.

Şəhidlərin ruhlarına bir daha dualar edilib, “Quran” oxunub.

3 saatdan çox davam edən ehsan süfrəsində-məclisdə bir daha çıxışlar edilib, mahnılar səsləndirilib.

Xalq artisti Könül Xasıyevanın əsrarəngiz, bənzərsiz ifası məclisdə iştirak edən hər bir kəsi kövrəldib, duyğulandırıb, Şəhid ailələri göz yaşlarına hakim ola bilməyiblər.

Məclis zamanı hər daim Şəhid ailələrinin yanında olduğu və mütəmadi şəkildə Şəhid ailələrini, Şəhid əmanətlərini bir araya gətirdiyi üçün Cəlal Qurbanova minnətdarlıq ifadə edilib.

Bununla yanaşı, Şəhid ailələrinə dəstəyinə görə Heydər Əliyev Fonduna təşəkkür bildirilib.

Məclisin sonunda xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

23:55, 14 oktyabr 2024

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycan-Aİ əməkdaşlığında geriləmə olarsa, bu, təəssüf hissi doğurar…”-İLHAM ƏLİYEV BEŞ ÖLKƏNİN SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

15 oktyabr Şəhidləri-EVİN TƏK, ALİ TƏHSİLLİ, SUBAY OĞLU CƏMİL MƏMMƏDLİ, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, MAXE SAMİR FƏRZƏLİYEV, TƏK BACININ TƏK QARDAŞI ƏFQAN HƏMZƏYEV…BU GÜN ANIM GÜNLƏRİDİR… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir