Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
67 saylı Cəlilabad şəhər seçki dairəsinin 18 saylı məntəqəsində Müsavat Partiyasının müşahidəçisi Məmmədov Rövşən Səfəralı oğlu seçki məntəqəsinə buraxılmayıb. Rövşən Məmmədov MSK-da müşahidəçi kimi rəsmi qeydiyyatdan keçib. Seçki məntəqəsində ona deyilib ki, DSK vəsiqəni təsdiqləməlidir, halbuki Seçki Məcəlləsində belə bir müddəa əks olunmayıb.
Etikxeber.az xəbər ki, bunu Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli “Facebook” səhifəsində yazıb.
O, daha sonra qeyd edib:
“68 saylı Cəlilabad kənd seçki dairəsininin 12 saylı məntəqəsində Müsavat Partiyasının müşahidəçisi Qurbanov Turan Davud oğlu seçki məntəqəsinə buraxılmayıb. Turan Qurbanov MSK-da müşahidəçi kimi qeydiyyatdan keçsə də, ondan DSK-dan da qeydiyyatdan keçmək qanunsuz olaraq tələb edilib.
İcra nümayəndəsi seçki komissiyasını idarə edir
68 saylı Cəlilabad kənd seçki dairəsininin 9 saylı məntəqəsində Şiləvəngə kəndinin icra nümayəndəsi Bağır Şirəliyev seçki məntəqəsində əyləşərək seçki komissiyası üzvlərininin fəaliyyətini idarə edir. İcra nümayəndəsi həm seçi komissiyası üzvlərinə, həm də seçkiyə gələn seçicilərə təlimatlar verir…”.
***
M. Hacıbəyli sonra yazıb:
“Seçki qutusu standartlara uyğun deyil
15 saylı Yasamal seçki dairәsinin 12 saylı mәntәqәsindә seçki qutularının seçki standartlarından kәnar olduğu aşkarlanıb. Seçki qutularının dəlikləri çox böyükdür və bura nəinki bülleten, kitab da yerləşər. Seçki məntəqəsində müçahidəçinin ayağa qalxmasına imkan verilmir.
İcra nümayəndəsi seçki komissiyasını idarə edir
68 saylı Cəlilabad kənd seçki dairəsininin 9 saylı məntəqəsində Şiləvəngə kəndinin icra nümayəndəsi Bağır Şirəliyev seçki məntəqəsində əyləşərək seçki komissiyası üzvlərininin fəaliyyətini idarə edir. İcra nümayəndəsi həm seçki komissiyası üzvlərini həm də seçkiyə gələn seçicilərə təlimatlar verir.
Seçki qutusu saat 8:30-da yarıya qədər doldurulub
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 62 saylı seçki məntəqəsində müşahidəçinin səsvermə prosesini yaxından izləməsinə imkan verilmir. Səsvermə saat 8:00-da başlayıb. Saat 8:30-da seçki qutusu yarıya qədər doldurulub.
Müşahidəçilər seçki prosesini izləyə bilmir
8 saylı Binəqədi seçki dairəsinin 31 saylı seçki məntəqəsində müşahidəçilər seçki bülletenləri olan masadan 12 metr aralıda oturtdurulub və seçki prosesini müşahidə edə bilmirlər. Məntəqə seçki komissiyasının sədri müşahidəçiləri seçki bülletenlərinin verildiyi masaya yaxın buraxmır. Dairədəki məntəqələrin əksəriyyətində eyni vəziyyətdir. Seçki Məcəlləsinin tələbinə görə, müşahidəçi seçki prosesini görə bildiyi məsafədən izləməlidir.
Qar yoları bağlayıb
86 saylı İsmayıllı seçki dairəsində qar yolları bağlayıb. Yollar təmizlənmədiyi üçün müşahidəçilər məntəqəyə gedə bilmir.
Barmağa mürəkkəbin vurulması yoxlanmayıb
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 25 saylı məntəqəsində 9 nəfər seçici barmağı skanerlə yoxlanmadan seçki məntəqəsinə buraxılıb. Müsavat Partiyasının müşahidəçisi pozuntunu aktlaşdırıb.
Müşahidəçiləri polislə hədələyiblər
41 Saylı Sumqayıt birinci Seçki Dairəsinin məntəqələrində məşvətçi səs hüquqlu komissiya üzvlərinin fəaliyyəti seçki komissiyaları tərəfindən məhdudlaşdırılıb. Deputatlığa namizəd Könül Alının verdiyi məlumata görə, onları polislə hədələyirlər…”.
***
M.Hacıbəyli daha sonra qeyd edib:
Yasamalda “Karusel” başladı
15 saylı Yasamal seçki dairəsində bir qrup seçici həm 12, həm 13, həm də 14 saylı seçki məntəqələrində səs veriblər. Müşahidəçilər bu barədə 12 saylı seçki komissiyasının sədrinə məlumat versələr də, şikayətə məhəl qoyulmayıb, onlara bülleten verilib. Təkrar səs verən seçicilərin fotoları və videoları çəkilib (fotolar bu paylaşıma əlavə edilib). Məlum olub ki, Abşeron rayonunda qeydiyyatda olan seçici Yasamalda səs verməyə gəlib.
Xatırladaq ki, bu dairədən Müsavat Partiyasının namizədi partiya başqanı Arif Hacılıdır.
Siyəzəndə seçicilər təkrar səs verir
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 7 saylı seçki məntəqəsində eyni seçicilər təkrarən səs verirlər. Deputatlığa namizəd Mərdan Mehdilinin verdiyi məlumata görə, Müsavat Partiyası müşahidəçisinin etirazına məhəl qoyulmur: “Eyni adamlar müxtəlif məntəqələrə daşınır. Bu hal 46-cı məntəqədən 54-cü məntəqəyə qədər təkrar olunur. 70 saylı şəhər məntəqəsində isə, seçicilər təkrar səs verirlər”.
Deputatlığa namizədin və qohumlarının adı seçici siyahısından çıxarılıb
Müsavat Partiyasının 13 saylı Xəzər-Pirallağı seçki dairəsindən deputatlığa namizədi Niyaz Nəsirin adı seçici siyahısında çıxarılıb. “Mənim, ailə üzvlərimin və qohumlarımın adını seçici siyahısından çıxarıblar”- deyə, namizəd bildirib.
Sumqayıtda “karusel”
41 saylı Sumqayıt seçki dairəsində eyni seçicinin təkrar səs verməsi qeydə alınıb və aktlaşdırılıb. Deputatlığa namizəd Könül Alı özünün feysbuk səhifəsində karusel iştirakçısının fotosunu paylaşıb.
Ucarda “seçicilər” səsvermə qutusunu əhatəyə alır
Ucar rayonunu Təzə Şilyan kəndində müşahidəciləri seçki bülletenlərinin verildiyi masadan 10 metrdən çox aralıda oturdublar.
Seçki məntəqəsinə dəstə-dəstə seçici gətirilir, onlar seçki qutusunu əhatəyə alır və nə qədər bülleten atdıqlarını görmək mümkün olmur...”.
***
Mustafa Hacıbəyli:
“Seçki qutusuna topa bülleten atılıb
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 62 saylı seçki məntəqəsində seçki qutusuna bir neçə dəfə topa bülleten atılıb. Müsavat Partiyasının müşahidəçisi Malik Zeynallı topa bülletenin qutuya atılmasının qarşısını alıb. Bundan sonra o, seçki komissiyası üzvlərinin təzyiqi ilə üzləşib. İnsidentin videogörüntüsü sosial şəbəkədə paylaşılıb.
Seçki qutusu möhürlənməyib
8 saylı Binəqədi seçki dairəsinin 29 saylı məntəqəsində əlavə səsvermə qutusu və daşınan seçki qutusu möhürlənməyib. Müşahidəçilər bu barədə seçki komissiyasının sədri Xəyam Fərəcova etiraz bildirsələr də, o, məhəl qoymayıb. Məntəqədə müşahidəçilər bülletenlərin verildiyi masadan 10 metrdən çox aralıda oturdulublar və prosesi izləyə bilmirlər.
Həmin dairənin 34 saylı məntəqəsində seçki komissiyasının sədri Gülayət Səttarova səsvermədə iştirak etmiş seçicilərin sayı barədə məlumat verməkdən imtina edib.
Seçicilər məntəqəni tapa bilmir
29 saylı Səbail seçki dairəsinin 27-ci məntəqəsində seçici siyahıları bərbad haldadır. O ərazidə yaşamayan adamların adları siyahıdan çıxarılmayıb. İki ildən artıq bu ərazidə qeydiyyatda olan yeni sakinlərin adları isə seçici siyahılarına daxil edilməyib. Seçicilərə bildiriş paylanmadığı üçün onlar səs verməli olduğu məntəqəni tapa bilmirlər.
Nərimanovda qeydiyyatda olmayan seçicilər səs verir
19 saylı Nərimanov seçki dairəsinin 14 saylı seçki məntəqəsində bu məntəqədə qeydiyyatı olmayan seçicilər səs verir. Müşahidəçilər bununla bağlı akt tərtib ediblər.
Qeyd edək ki, bu dairədən Müsavat Partiyasının namizədi İsa Qəmbərdir…”
***
Mustafa Hacıbəyli:
“Nərimanovda polis müsavatçı müşahidəçini məntəqədən kənarlaşdırıb
19 saylı Nərimanov birinci seçki dairəsinin 13 saylı məntəqəsində müşahidəçi Müzəffər Əfəndi Rauf oğlu bu məntəqədə səs vermək hüququ olmayan vətəndaşın şəxsiyyət vəsiqəsinə baxmaq istərkən onun əlindən MİS tərəfindən verilən arayışı görüb, bunun qeyri-qanuni olduğunu bildirdiyinə görə məntəqə komissiyasının sədri məntəqəyə polis çağırıb və müşahidəçinin məntəqədən çıxarılması barəsində heç bir qərar təqdim etmədən onu polis məntəqədən kənarlaşdırıb.
Müzəffər Əfəndi komissiyası sədrindən onun bu məntəqədən çıxarılması barədə qərarı tələb edib. Məntəqə komissiyasının sədri isə bu qərarın ona polis tərəfindən veriləcəyini deyib.
Müzəffər Əfəndi bu barədə onu məntəqədən çıxarmaq istəyən polisə də məlumat versə də, polis ona “məni əlavə qüvvə çağırmağa məcbur etmə” deyərək, qanunsuz qərarı icra edib.
Suraxanıda müsavatçı müşahidəçidən polisə şikayət
30 saylı Suraxanı birinci seçki dairənin 4 saylı seçki məntəqəsində müsavatçı müşahidəçi, keçmiş siyasi məhbus Azad Həsənov təzyiqlə üzləşib. Azad Həsənov məntəqənin ərazisinə aid olmayan General Əsədov küçəsində yaşayan vətəndaşın burada səs verməsinə etiraz etdiyinə görə məntəqə sədri ondan akt yazaraq polisə təqdim edib. Şikayətdə müşahidəçinin “seçkinin gedişatına mane olduğu”, “təhqirə” yol verdiyi iddia edilib. Məntəqəni mühafizə edən polis müşahidəçiyə xəbərdarlıq edib. Daha sonra icra hakimiyyətinin təyin etdiyi müşahidəçilər Azad Həsənova qarşı təzyiqləri davam etdirib.
Binəqədidə 20 nəfərlik qadınlar qrupunun “karuseli”
8 saylı Binəqədi birinci seçki dairəsinin 8-ci məntəqəsində məntəqə seçki komissiyası sədrinin yaratdığı 20 nəfərlik qadın qrupunda olan vətəndaşın verdiyi məlumata görə, bu xanımlar artıq həmin məntəqədə bir neçə dəfə səsvermədə iştirak ediblər. Komissiyanın sədri onların əlinə xüsusi işarə qoyub. Bu işarəni görən komissiya üzvləri həmin xanımları seçki məntəqəsinə buraxıb, onların təkrar səsverməsinə şərait yaradırlar.
8 saylı Binəqədi birinci seçki dairəsinin 15, 34, 36-cı məntəqələrində səsvermədə iştirak edən seçicilərin sayı haqqında saat 10 və 12-də məntəqədə olan müşahidəçilərə heç bir məlumat verilməyib. Saat 15-də isə onların verdikləri məlumatlar məntəqədə olan müşahidəçilərin qeyd etdikləri məlumatdan fərqli olduğu aydın olub. Belə ki, bu dairənin 15-ci məntəqəsində 181 nəfər səsvermədə iştirak etdiyi halda komissiya sədrinin verdiyi məlumatda bu rəqəm 361, 34-cü məntəqədə 150 əvəzinə 206 nəfər göstərilib. Günün sonuna doğru seçicilərin aktivliyinin süni şəkildə artırılacağı görünməkdədir.
Qeydiyatı olmayan seçicilər MİS-dən arayış alır
8 saylı Binəqədi birinci seçki dairəsinin 36-cı məntəqəsində məntəqə seçki komissiyasının sədri MİS-lərdən verilən arayış əsasında, adları seçici siyahılarında olmayan şəxslərə seçki məntəqəsində səsverməyə şərait yaradır. Müşahidəçilərin qanuni etirazına isə Seçki Məcəlləsinin 47.2-ci maddəsini əsas gətirməklə rədd cavabı verir. Bu hərəkətin özü Seçki Məcəlləsinə ziddir. Komissiyanın sədri seçicilərin aktivliyi barəsində məntəqədə heç bir elan vermədən özünün tərtib etdiyi siyahını DSK-ya verib.
Cəlilabadda şəxsiyyət vəsiqəsi təqdim etmədən səs verirlər
68 saylı Cəlilabad kənd seçki dairəsində 18 saylı məntəqə seçki komissiyasının sədri Seçki Məcəlləsinin heç bir tələbinə əməl etmir. O, şəxsiyyət vəsiqəsi olmayan seçicilərə səsvermədə iştirak etmələrinə imkan yaradır. Bir nəfərə bir neçə bülleten verilməsinə göz yumduğu, bir dəstənin bir neçə dəfə səs verdiyinə şərait yaratdığı bildirilir…”.
***
Musatafa Hacıbəyli:
“İsa Qəmbərin dairəsində “karusel” iştirakçılarının adları məlum oldu – ARAYIŞLAR
19 saylı Nərimanov seçki dairəsində onlarla vətəndaşa arayış verilib. Bu dairədə qeydiyyatda olmayan, amma burada yaşadıqları barədə arayış alan vətəndaşlar eyni avtobusla səsvermə məntəqələrinə gətiriliblər. Avtobusun və arayışların şəkilləri sosial şəbəkədə paylaşılıb. Həmin arayışlarda “karusel” iştirakçılarının adları əks olunub. Qeyd edək ki, 19 saylı dairədə Müsavatın namizədi İsa Qəmbərdir.
Arayışlarla burada tanış ola bilərsiniz – https://www.facebook.com/heybet.amrah
Seçicilərin iştirakı barədə rəqəm şişirdilir
Saat 15-00-a qədər səsvermədə iştirak edən seçicilər haqqında hər hansı məlumat verməyən məntəqə sədrləri, YAP-ın üzvləri saat 15:00-dan dairələrə şişirdilmiş məlumatlar ötürməyə başlayıblar. MSK saat 15:00-dək ölkə üzrə 39 faizdən artıq seçicinin səsvermədə iştirak etdiyi barədə məlumat yayıb. Müsavat Partiyasının seçki məntəqələrində olan müşahidəçilərinin verdiyi məlumatlara istinadən seçki qərargahının apardığı hesablamaya görə, saat 15:00-dək “karusel” iştirakçıları da daxil olmaqla, səsvermədə seçicilərin 10-12 faizi iştirak edib.
Seçki qutuları şəffaf deyil
Ölkə üzrə seçki məntəqələrinin xeyli hissəsində daşınmaz seçki qutuları şəffaf deyil. Bir sıra məntəqələrdə iki seçki qutusundan birinin şəffaf, digərinin isə qeyri-şəffaf olduğu bildirilir, sosial şəbəkədə bunu sübut edən fotolar yayılıb. Seçki qanunvericiliyinə görə, seçki qutuları şəffaf olmalıdır.
Seçicilər qonşu dairədə səs verib
56 saylı Xaşmaz kənd seçki dairəsinin 2 saylı məntəqəsinin seçiciləri səs vermək üçün qonşu dairəyə aparılıb. Bu haqda Müsavatın Xaçmaz təşkilatının sədri Ramazan Əliyev məlumat verib. “Ekologiya Nazirliyinin işçilərini, 56 saylı dairənin ərazisinə düşən Qədeşoba məktəbinin direktoru Ənvər müəllim öz dəstəsi ilə birgə 55 saylı dairədə 6 saylı məktəbdə səs veriblər” – deyə, Ramazan Əliyev bildirib.
Biləsuvarda qutulara topa bülleten atılır
66 saylı Biləsuvar seçki dairəsinin 29 saylı məntəqəsində (Ağalıkənd) seçki qutularına topa bülleten atılıb. Bu haqda seçki məntəqəsindəki müşahidəçilər Gülağa Hüseynov və Umud Babayevə istinadən Müsavat Partiyasının deputatlığa namizədi Yusif Mehdi məlumat verib.
Naxçıvan sakini Abşeronda 6 dəfə səs verib
45 saylı Abşeron seçki dairəsinin 5 saylı məntəqəsində, komissiya sədri Könül Yusifova seçkiyə gələnlərin sayını açıqlamaqdan imtina edir. Müsavatçı müşahidəçinin verdiyi məlumata görə, səsvermədə 210 nəfər iştirak edib. Həmin dairənin 12 saylı məntəqəsində MnSK sədri Elşən Quliyev şəxsiyyət vəsiqəsi təqdim etməyən şəxslərə bülleten verir. Müsavatın deputatlığa namizədi Zahir Feyzullayevin verdiyi məlumata görə, burada Bəxtiyar Fərzəliyev adlı Naxçıvan sakini 6 məntəqədə səs verdiyini etiraf edib: “Özü dedi ki 6 məntəqədə səs vermişəm və əcəb etmişəm”.
Hərbçilərin “karuseli”
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində Göytəpə şəhərində yerləşən 1, 3, 5 saylı seçki məntəqələri üzrə saat 9:00-dan 15:00-dək hərbçilərin iştirakı ilə “karusel” əməliyyatı həyata keçirilib. Hərbçilərə qeydiyyatda olmadıqları məntəqələrdə vətəndaşların əvəzinə qol çəkdirib səs verdirirlər. Bu haqda Müsavatın deputatlığa namizədi Əlipənah Rzalı məlumat verib.
121 Laçın seçki dairəsində pozuntu
121 saylı Laçın seçki dairəsinin 57 saylı məntəqə seçki komissiyasının sədri bu saata qədər məntəqədə neçə nəfər seçicinin səs verməsi haqqında məlumat verməkdən imtina edir. Bu dairənin 101 saylı məntəqəsində isə “karusel” yolu ilə səs verən seçicilərin sayının artırılması prosesi gedir…”.
Etikxeber.az