İki il öncə Cəlilabadın icra başçısı təyin edilən-NAMİQ ZEYNALOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ, ONA QARŞI İRƏLİ SÜRÜLƏN İTTİHAMLAR MƏLUM OLDU, HAQQINDA 4 AYLIQ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ… – YENİLƏNİB – (4)

Hüquq-mühafizə orqanları əməkdaşlarının Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi barədə məlumat yayılıb..

Etikxeber.az xəbər verir ki, yayılan məlumatlarda saxlanılanların olduğu bildirlir.  

Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalovdur.

Yayılan xəbərlərdə icra başçısının da sorğu-sual edildiyi söylənilir…

***

Hüquq-mühafizə orqanları əməkdaşlarının Cəlilabad rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində icra başçısı Namiq Zeynalovun da saxlanıldığl bildirilir.

Onun korrupsiya əməlində ittiham edildiyi qeyd olunur. 

Qeyd edək ki, Namiq Zeynalov Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2018-ci il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

14:17, 7 noyabr

***

Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

17:20, 8 dekabr

***

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova qarşı irəli sürülən ittihamlar məlum olub.

Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Namiq Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

16:25

***

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov məhkəməyə gətirilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq icra başçısı Namiq  Zeynalov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilib.

Prosesə Səbail rayon məhkəməsində Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

16:32

***

Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, Namiq Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Etikxeber.az

Read Previous

Deputatlar dekabrın 11-də-12 MƏSƏLƏNİ MÜZAKİRƏ EDƏCƏKLƏR…

Read Next

Azərbaycanın ilk “Vətən Müharibəsi Qəhrəmanı”-KİMLƏR OLDU? – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir